Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: yeni əməkdaşlıq imkanları müzakirə edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
OGİD-in (Ordu Gənc İş İnsanları Dərnəyi) təşkilatçılığı ilə Türkiyənin aparıcı iş adamları Abşeron Ticarət Mərkəzində işgüzar səfərdə olublar. Bu səfər Türkiyə ilə Azərbaycan arasında mövcud möhkəm dostluq bağlarını iqtisadi platformada əks etdirdi. Səfər çərçivəsində logistika, tikinti, kənd təsərrüfatı, xidmət sektoru və innovasiya texnologiyaları kimi sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib, panel müzakirələr, təqdimatlar və B2B formatında görüşlər keçirilib.
Azərbaycan-Türkiyə iqtisadi münasibətləri fonunda startapların təşviqi və yerli bizneslərin beynəlxalq bazarlara çıxışına dəstək mövzusunda yeni imkanlar araşdırılıb.
Abşeron Ticarət Mərkəzi belə mühüm görüşlər üçün ideal məkan kimi çıxış edərək iştirakçılara rahat müzakirə və şəbəkələşmə imkanı təqdim edir. Mərkəzin müasir infrastruktur imkanları və biznes yönümlü mühiti bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün nümunəvi platforma rolunu oynayır.
Gələcəkdə də Abşeron Ticarət Mərkəzi bu tip işgüzar, iqtisadi körpülərin qurulmasında aktiv iştirakçı olmağı qarşısına məqsəd qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 29 Aprel 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















