Icma.az
close
up
RU
Türkiyəli jurnalistlər Azərbaycan turizminə dəstək verirlər

Türkiyəli jurnalistlər Azərbaycan turizminə dəstək verirlər

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədən Azərbaycana qədəm basan hər bir qonaq, ziyarətçi cəmiyyətdəki mövqeyi və imkanlarından asılı olmayaraq, səviyyəsi hər zaman bizə doğma və əzizdir. Axı biz bir millətin iki dövlətinin, dost və qardaş ölkələrin vətəndaşlarıyıq. Bu ortaq düşüncə və səmimi hisslər hər iki xalqa mənəvi qüvvət verir, öyünc doğurur. 
Türkiyyəli bacı və qardaşlarımız haqlı olaraq Azərbaycanda özlərini evlərində olduğu kimi hiss edirlər. Bunu onların qəlblərindən dilərinə axan, sonsuz bir sevgi və ərk ilə söylədikləri sözlər aydın ifadə edir: “Biz Vətəndən Vətənə gəlmişik”. 
Hər zaman xoş gəliblər, gözümüz üstə yerləri var. Həqiqətən, bu gün dünyada azərbaycanlılar və türklər qədər bir-birlərinə bu qədər yaxın və doğma olan ikinci bir millət tapmaq qeyri-mümkündür. Bu qardaşlığı zinətləndirən dostluq əsrlərin çətin sınaqlarından keçərək, bugünkü nəsillərə qiymətli bir ərməğan kimi yetişib. 
“Xalq qəzeti” redaksiyasına Türkiyədən qonaqların gəldiyini eşidəndə, təbii ki, bütün kollektivimiz çox sevindi. Biləndə ki, müsafirlərimiz həm də həmkarlarımızdır, tanınmış qələm əhlidirlər, maraq və həyəcanımız bir qədər də artdı. Baş redaktor Əflatun Amaşovun təklifi ilə qonaqlarla söhbətləşib qəzetimiz üçün yazı hazırlamaq şansı isə məni əlavə duyğulandırdı. Qəlbimi bürüyən sevgi ilə onlarla ünsiyyət qurmağa çalışdım. 
Simasından, davranışından kübarlıq
yağan, istedadlı jurnalist qonağımız Mövlud Yeni Türkiyə Qəzetçiləri Konfederasiyası rəhbərinin beynəlxalq əlaqələr ürzrə yardımçısıdır. 40 ilə yaxın davam edən qaynar yaradıcılıq fəaliyyətinin çox hissəsini “Tərcüman”, “Axşam”, “Sabah” kimi nüfuzlu qəzetlərin redaksiyalarında keçirib. Hazırda Türkiyədə kifayət qədər populyar olan “mygazete.com” saytının sahibidir. Digər qonağımız isə turizm mövzusunda tanınmış qəzetçisi, “turizmday.com” saytının sahibi Emin Demirdir. 
Xatırladaq ki, hər iki qonaq bu dəfə ölkəmizə “Qafqaz City Hotel və Qafqaz Sahil Oteli” rəsmisi, Azərbaycan və Turan sevdalısı Xəlil bəy Durunun təşəbbüsü ilə gəliblər. Qonaqların sözlərinə görə, budəfəki gəlişlərinin səbəbi özlərinin Türkiyə mediasındakı işgüzar əlaqələrini, eləcə də bilik və bacarıqlarını səfərbər edərək “can Azərbaycanda turizmin inkişafına media dəstəyi verməkdir”: 
– Axı turizm sektoru bu gün neft qədər gəlirli, həm də də ekoloji cəhətdən zərərsiz, yəni “bacasız istehsal sahəsi olmaqla”, sevimli ölkələrimizin iqtisadiyyatının inkişafına əlavə dinamizm və sanballı maliyyə faydaları gətirmək gücünə malikdir. 
Mövlud bəyin bu sözlərindən sonra Emin bəy, öz növbəsində söylədi ki, bir halda ki, hədəf bəllidir, niyyətimiz xeyirxah məqsədlərə xidmət edir və real imkanlara söykənir. Niyə bu sahədə qüvvələrimizi birləşdirib layiqli uğur qazanmayaq: “Lakin belə bir amili də unutmaq olmaz ki, çağdaş dünyada bütün sahələrdə, eləcə də turizm sektorunda rəqabət çox güclüdür. Bu istiqamətdə yeni yaranmış fürsətləri qaçırmaq zərər gətirər. Biz əl-ələ verib zamanın çağırışlarını qarşılamağı bacarmalıyıq”.
Bu fikirlərdən sonra qonaqlar yaddaşlarında əzbər saxladıqları önəmli rəqəmləri dilə gətirdilər. Məlum oldu ki, bu ilin 5 ayı ərzində Türkiyədən Azərbyaycana cəmi 175 min turist səfər edib. Düzdür, ötən dövrlərə nisbətən bu istiqamətdə artım müşahidə olunur, lakin bu göstərici mövcud potensialla müqayisədə çox aşağıdır. Daha böyük irəliləyişə nail olmaq isə mümkün və vacibdir. 
Qonaqlar onu da vurğuladılar ki, son illər bir çox Avropa İttifaqı dövlətləri türkiyəli turistlərin bu ölkələri ziyarət etmələri üçün süni əngəllər yaradırlar. Bu, vizalardan tutmuş, bürokratik maneələrlə müşayiət olunan digər süni əngəlliklərdə də özünü göstərir. Amma türk vətəndaşlarının qardaş Azərbaycana səfər etmələri üçün heç bir maneə yoxdur və ola da bilməz. 
Bu məqamda Mövlud bəy dərin inam hissi ilə dedi: 
– Azərbaycana tezliklə dünyanın hər yerindən böyük turizm axını gözlənilir. 85 milyon əhalisi olan Türkiyədən nədən qardaş ölkəyə hər il azı 1 milyondan çox turist gəlməsin?! Niyə türk ziyarətçilər gözəl və bənzərsiz Şuşanın təmiz havasından udub, saf suyundan içməsinlər? Nə üçün Xəzərin “cənub mirvarisi” Lənkəranın, “şimal gözəli” Qubanın məğrur dağları kimi qürurlu insanları ilə ünsiyyətdə olmasınlar? Nədən dünyanın ən ləziz mətbəxləri ilə yarışmaq gücündə olan Şəki nemətlərinin ləzzətini damaqlarında hiss etməsinlər?! Hansı turist Zaqatalanın bərəkətli vadilərində becərilən qızılgüllərin ətrindən doya bilər?! Bəli, Azərbaycan başda-başa gözəlliklər diyarıdır! Bu gözəl yurdu böyük sevgisiz təsvir və təsəvvür etmək sadəcə mümkünsüz...
Türkiyəli yazarları məmnun edən digər bir məqam isə budur ki, son illər Azərbaycan dövləti turizmin hərtərəfli inkişafını birmənalı olaraq dəstəkləyir. Təqdirəlayiq haldır ki, bu sahədə iri layihələrin icra olunmasına start verilib. Bu isə ümid verir ki, yaxın illər ərzində, ölkədə həm otellərin, həm də “mehmanxana odaları”nın sayı kəskin artacaq. Bu sahədə zəruri infrastruktur ilə yanaşı, xidmət səviyyəsi də yüksələcək. 
Türkiyəli həmkarlarımız isə ölkəmizin böyük turizm imkanlarını təbliğ və təşviq etmək, marketinq ilə bağlı məsələləri həll etmək, eləcə də media dəstəyi göstərməyə hazırdırlar. Geniş izləyici auditoriyası olan sosial şəbəkəni, internet televiziya kanallarını bu xeyirxah missiyanın həllinə yönəltmək olar və lazımdır. Bununla bərabər, qonaqlar belə bir narahatlıqlarını da təəssüflə dilə gətirdilər ki, son vaxtlar sosial şəbəkələrdə Türkiyə–Azərbaycan dostluğuna xələl gətirməyə çalışan qüvvələr fəallaşıblar. 
Bu məqamda söhbətdə iştirak edən, hər iki türkiyəli jurnalisti yaxından tanıyan, onlarla birlikdə Qarabağda işğaldan azad edilmiş ərazilərimizi ziyarət edən tanınmış jurnalist və vətəndaş cəmiyyəti fəalı, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, BAMF prezidenti Umud Rəhimoğlu əminliklə dedi ki, qoy sosial şəbəkələrdə “qara piar”la məşğul olanlar bədnam əməllərindən əl çəksinlər. Bədxahlarımız heç vaxt Azərbaycan və Türkiyə dövlətləri və xalqlarının əbədi dostluğu və qardaşlığına kölgə sala bilməzlər! 

Məsaim ABDULLAYEV 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri