Icma.az
close
up
RU
Türkiyəli məşqçinin nəticələri və maaşı İranda müzakirə gündəm olmağa başladı

Türkiyəli məşqçinin nəticələri və maaşı İranda müzakirə gündəm olmağa başladı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsmayıl Kartal yavaş-yavaş İranda tənqid olunmağa başlayır. Artıq nəinki nəticələri, hətta onun maaşını da müzakirə edənlər var.

''Football-plus.az'' xəbər verir ki, türkiyəli mütəxəssis yanvarda ''Persepolis'' ilə ilyarımlıq müqavilə imzalayıb. Bu müddətdə ona 2,2 milyon dollar maaş veriləcək. Kartalın qarşısına komandanı çempion etmək hədəfi qoyulsa da, bu mövsüm üçün artıq çempionluq real görünmür. Ardıcıl 2 oyunda önəmli xallar itirdikdən sonra ötən ötən həftə minimal hesabla qalib gələn və 3-cü pillədə qərarlaşan Tehran təmsilçisi sona 4 tur qalmış ''Sepahan''dan 2, lider ''Traktor''dan 4 xal geridədi.
Bu arada iranlı məşqçi Cavad Manafi yerli mətbuata açıqlamasında İsmayıl Kartaldan hələ ki, qeyri-adi bir şey görmədiklərini vurğulayıb. İran yığması, eləcə də ''Persepolis'' və ''Traktor''da köməkçi-məşqçi kimi çalışmış 54 yaşlı Manafi bunları deyib:

''Əvvəlki oyunlarda futbolçular sanki daha istəkli idi. Son matçlarda bu istək və arzunun təəssüf ki azaldığını görürük. Bu da önəmli xalların itirilməsinə səbəb oldu. Düzdü, ''Persepolis''in çempionluq şansı çox azalıb. Amma mümkünsüz deyil. Bu komanda əvvəlki illərdə dəfələrlə çətin vəziyyətlərdən üzüağ çıxaraq çempion olub. İndi ''Persepolis'' üçün yeganə çıxış yolu son 4 turda maksimum xal toplamaq və rəqiblərin büdrəməsinə ümid bəsləməkdi. Yeni məşqçi gəldikdə bir çoxları komandanın bu mövsüm çempion olacağını düşünürdü. Amma indi reallıq budu ki, ''Persepolis''in taleyi öz əlində deyil. Ümumiyyətlə, İsmayıl Kartaldan hələ ki, özəl bir şey görməmişik. Rəhbərlik ona ciddi maaş ödəyir və fanatlar da bunun qarşılığında çempionluq gözləyir. Kartalın üzərində çox böyük təzyiq var. Bu da onun işini çətinləşdirir''.


Qeyd edək ki, ''Persepolis'' indiyə qədər bu məşqçi ilə keçirdiyi 12 rəsmi oyundan 5 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət ilə ayrılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri