Icma.az
close
up
RU
Türkiyəli məşqçinin Rusiyaya gəlmək istəməməsini ayrı yerə yozdular...

Türkiyəli məşqçinin Rusiyaya gəlmək istəməməsini ayrı yerə yozdular...

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bir müddət öncə ''Trabzonspor''un başına keçən və artıq bu vəzifədə debüt oyununu da keçirən Fatih Təkkənin Rusiyaya yollanmaqdan imtina etməsi müəyyən söz-söhbətlərə səbəb olub.

''Football-plus.az'' xəbər verir ki, bu il mayın 25-də ''Zenit''in 100 illik yubileyi qeyd olunacaq. Bununla bağlı 24-26 mayda keçiriləcək tədbirlərə klubun bir çox sabiq futbolçuları və məşqçiləri dəvət alıb. Təbii ki, sabiqlər arasında futbol matçının keçirilməsi də nəzərdə tutulub.
Dəvət olunanlar arasında Fatih Təkkənin də adının olması normaldı. Təkkə 3 il (2006-09) ərzində Sankt-Peterburq klubunda böyük iz buraxaraq UEFA kuboku, Avropa superkuboku, ölkə çempionluğu və ölkə superkubokunu qazanmağa müvəffəq olmuşdu. Amma 47 yaşlı mütəxəssis işlərinin çoxluğunu və təqvimin sıxlığını əsas gətirərək ''Zenit''in təklifini geri çevirib. O, Türkiyə mətbuatına açıqlamasında bunları deyib:

''Bəli, məni yubiley ilə bağlı tədbirdə iştirak etməyə dəvət ediblər. Amma ''Trabzonspor''da işlərimin çoxluğu üzündən Rusiyaya gedə bilməyəcəm. Belə bir təklif almaq çox xoş olsa da, onu geri çevirməli oldum. ''Zenit'' hər zaman qəlbimdə xüsusi yerə malikdi. Bu klubla bağlı çox gözəl xatirələrim var''.


Maraqlıdı ki, Rusiyada bəziləri bunu ''Trabzonspor''da 3 ukraynalı futbolçunun top qovması ilə əlaqələndirib. Qaradənizlilərdə hazırda Ukraynadan olan Arseni Bataqov, Daniil Sikan və Aleksandr Zubkov çıxış edir.
Təkkənin imtinasının ukraynalılarla əlaqəli olub-olmadığı bilinməsə də, qeyd etmək yerinə düşər ki, həmin tarixdə, yəni mayın 25-də ''Trabzonspor''u ''Samsunspor'' ilə derbi gözləyəcək. Amma açıq-aydın Rusiyanın Ukraynaya təcavüzünü səbəb kimi göstərərək ''Zenit''in təklifini geri çevirənlər də var. Bunlardan biri Vlastimil Petrjeladı. 2003-06-cı illərdə ''Zenit''i çalışdıran təcrübəli çexiyalı mütəxəssis 2007-08-ci illərdə ''Neftçi''də də işləyib. Petrjela çəkinmədən ''Rusiyaya gəlsəm, məni Çexiyada öldürərlər'' açıqlamasını verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri