Türkiyəli millət vəkili və aktyor Bahadır Yenişehirlioğlu BDU da olub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin üzvü, yazıçı, aktyor Bahadır Yenişehirlioğlu ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağı professor-müəllim və tələbə heyətinə təqdim edib, BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq əlaqələrindən danışıb.
Bakı Yunus Əmrə İnsitutunun direktoru Gökhan Seyhan görüşün qloballaşan dünyada insanın mənəvi dəyərlərini qoruması, öz kimliyini və ruhunu itirməməsi baxımından önəm daşıdığını qeyd edib. Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Aygün Ələkbərzadə Bahadır Yenişehirlioğlunun həyatı, ictimai-siyasi fəaliyyəti və yaradıclığı haqqında təqdimat edib.
Daha sonra Bahadır Yenişehirlioğlu öz həyat yolu və uğur hekayəsini tələbələrlə bölüşüb. O, ədəbiyyatın insan ruhuna təsiri, sənətin cəmiyyətin aynası olması, ədalətin insan həyatında tutduğu yer barədə fikirlərini bölüşüb.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 07 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















