Türkiyəli müğənninin Namus mahnısına rəqsi müzakirə yaratdı (Video)
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli müğənni Melek Mosso Antalyada verdiyi konsertdə nümayiş etdirdiyi səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı sevilən mahnılarını səsləndirən sənətçi repertuarına sürpriz olaraq Sezen Aksunun illərdir dillər əzbəri olan "Namus" mahnısını da daxil edib. Mahnının səsləndirildiyi anlarda zaldakı tamaşaçılar ifaya birlikdə qoşularaq emosional anlar yaşayıblar.
Melek Mossonun özünəməxsus ifa tərzi və güclü vokalı musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. Onun çıxışı konsert iştirakçılarının gur alqışları ilə qarşılanıb.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər Melek Mossonun Sezen Aksu klassikasına fərqli nəfəs gətirdiyini qeyd edərək ifanı bəyəndiklərini bildiriblər.
Konsert boyu enerjisi və tamaşaçılarla qurduğu səmimi ünsiyyətlə diqqət çəkən müğənninin xüsusilə "Namus" mahnısını səsləndirdiyi anlar gecənin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib. Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi də ayrıca müzakirə yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















