Icma.az
close
up
RU
Türkiyəli nazir: Bəsrə körfəzindən uzanan yolu Orta Dəhlizə birləşdirmək istəyirik

Türkiyəli nazir: Bəsrə körfəzindən uzanan yolu Orta Dəhlizə birləşdirmək istəyirik

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"COP29 vasitəsilə Azərbaycanda olmaqdan duyduğum məmnuniyyəti ifadə edirəm. Azərbaycan Qarabağda işğal altında olan torpaqları azad etdi. İndi də dünyada çox böyük bir tədbirə ev sahibliyi edir. Belə böyük bir tədbirə ev sahibliyi etmək cəsarət işidir. Bu tədbir çox gözəl planlanıb və təşkil olunub. Buna görə Azərbaycana təşəkkür edirəm. Həmçinin, BMT-yə və Beynəlxalq Nəqliyyat Federasiyasına da təşkilati işlərə görə təşəkkür edirəm".

Bunu Oxu.Az-a açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir qeyd edib ki, COP29 iqlim dəyişikliyi ilə bağlı əsas məsələlərin gündəmdə olduğu bir tədbirdir, burada iqlim dəyişikliyindən karbon emissiyalarına qədər bütün sənaye sahələri və nəqliyyat sistemlərindən tutmuş, həyatımızın hər sferasına təsir edən proseslərdən danışılır:

"Biz, Nəqliyyat və İnfrastruktur Nazirliyi olaraq, nəqliyyat sahəsində nələr edilə biləcəyini, nələr edilməli olduğunu, ölkəmizdə və dünyada bu sahədə nələrin baş verdiyini müzakirə edirik. Şəhərlərdə xalis sıfır emissiya hədəflərinə çatmaq birinci prioritet olmalıdır.

Türkiyə 2053-cü il hədəfləri çərçivəsində xalis sıfır emissiya hədəfi qoyub. Bu məqsədi reallaşdırmaq üçün şəhərlərimizdə elektrikli avtomobillərdən tutmuş metroya qədər hər cür planlaşdırma aparırıq. Həmçinin, velosiped yollarının və velosiped, skuter kimi alternativ nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək üçün şəhərlərdə bir çox yeniliklər edirik. Əlbəttə, bu dəyişikliklər müəyyən infrastruktur tələb edir və biz də bu infrastrukturları planlayırıq. Yerli idarəetmə qurumları ilə əməkdaşlıq edərək və mərkəzi hökumət olaraq, bu təşəbbüsləri koordinasiya edirik.

Türkiyənin əhalisinin sıx yaşadığı bölgələrdə bu tədbirləri həyata keçirərkən, eyni zamanda, dünya ticarətinin inkişafı ilə əlaqədar olaraq, limanlar və hava limanları kimi qlobal ticarət mərkəzlərində də emissiya azaldılması üzərində çalışırıq. Türkiyənin çox sayda tərsanə və gəmiləri var. Bu sahədə yeni gəmilər istehsal edirik və bu bizim üçün çox dəyərlidir. Həmçinin, Türkiyədəki 58 hava limanının 50-dən çoxu karbon sertifikatı alıb. Bu, dünya üzrə ən yüksək nisbətlərdən biridir", - deyə nazir bildirib.

Uraloğlu onu da diqqətə çatdırıb ki, Türkiyə coğrafi mövqeyi sayəsində 67 ölkəyə yalnız dörd saatlıq uçuş məsafəsindədir:

"Bu, təxminən 1,5 milyard insana çıxış imkanı yaradır. Bu bölgədə ümumi daxili məhsul 51 trilyon dollar, illik ticarət dövriyyəsi isə 12 trilyon dollardır. Bu coğrafi mövqedə ticarətin inkişafı üçün ticarət dəhlizləri çox önəmlidir. Bu dəhlizlər həm dənizdə, həm də quruda nəqliyyat vasitələrinin - avtomobil, dəmiryolu və s. - ticarətə təsirini əhəmiyyətli dərəcədə artırır. Biz də bu nöqtədə qonşularımız və coğrafiyamızla birgə bu təşəbbüsləri həyata keçirmək üçün səylərimizi davam etdiririk.

Hamımızın bildiyi kimi, Azərbaycanın da daxil olduğu Orta Dəhliz Çindən başlayıb, Avropanın qərbinə, Londona qədər uzanır. Bu dəhlizin necə inkişaf etdirilə biləcəyini və bu dəhlizdə elektrik qatarları və lokomotivlərin necə istifadə ediləcəyini bu tədbir çərçivəsində müzakirə edirik. Çünki bu bölgədəki ticarət həcmi artacaq və bu da emissiya səviyyələrinin artırılmasına səbəb olacaq. Biz də ölkəmizdə elektrik qatarları və lokomotivlər üzərində işlər aparırıq.

Son olaraq, Orta Dəhlizi dəstəkləmək məqsədilə son dövrlərdə şimal-cənub istiqamətində də yeni ticarət dəhlizlərinin inkişaf etdiyini qeyd etmək istərdim. Rusiya ilə İranın Xəzər dənizi vasitəsilə dəhlizi mövcuddur və Azərbaycan bu istiqamətində bir çox investisiya yatırıb. Biz də bu sahədə Şimal-Cənub Dəhlizini və Orta Dəhlizi dəstəkləmək üçün birgə işlər aparırıq. Məsələn, İraqın Bəsrə körfəzindən başlayaraq Türkiyəyə qədər uzanan 1 200 km-lik bir dəhliz var. Onun Türkiyə daxilində Orta Dəhlizlə birləşdirilməsi ilə bağlı çalışmalarımız davam edir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri