Türkiyəli nazir vətəndaşları haqlarını küçədə deyil, məhkəmələrdə axtarmağa çağırıb
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digərlərinin saxlanılması səbəbləri barədə yayılan şayiələri əsassız adlandırıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hökumət rəsmisi araşdırmalar başa çatmadan prosesə yekun qiymət verməyin doğru olmadığını bildirib.
"Son hadisələri dövlət çevrilişi kimi ittihamlarla xarakterizə etmək düzgün deyil", - Y.Tunc qeyd edib.
Nazir vətəndaşların etiraz məqsədilə küçələrə çıxmağa çağırılması məsələsinə də toxunub:
"Hüquqi dövlətdə cinayət törədilməsi iddiası varsa, müdafiə olunacağı yer küçələr deyil, məhkəmələrdir. Cinayətin törədilməsinə dair sübutlar olduqda hüquq-mühafizə orqanları araşdırma aparır. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları prezidentlə əlaqələndirmək doğru deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 Mart 2025 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















