Türkiyəli nazir:”Zəngəzur dəhlizi ilə bağlı müzakirələr gedir”
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Biz Azərbaycanla Ermənistan arasında gərginliyin tezliklə aradan qaldırılmasına və sülhün bərqərar olmasına böyük əhəmiyyət veririk”.
“Cebheinfo.az”-ın məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “CNN TÜRK” telekanalına müsahibəsində belə deyib.
“Zəngəzur dəhlizi ilə bağlı vəziyyət necədir?” sualına Türkiyə rəsmisi belə cavab verib: “Bizim üçün mühüm müzakirələr davam edir. Təbii ki, ölkələrin milli təhlükəsizliyini də nəzərə almalıyıq. Azərbaycan və Ermənistan bu məsələni müzakirə edir”.
İranın alternativ olduğunu vurğulayan Abdulkadir Uraloğlu bu variantın da nəzərdən keçirildiyini qeyd edib. “İstənilən halda bu dəhliz açılacaq.
Azərbaycanlı qardaşlarımız bunun Ermənistanın, yoxsa İranın ərazisindən keçəcəyini öyrənirlər. Biz də vəziyyəti izləyirik”, - deyə o bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Baxış sayı:67
Bu xəbər 12 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















