Türkiyəli professor: ABŞ Azərbaycanın konstruktiv siyasətini nəzərə alır və qəbul edir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 28 dekabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin veb saytında yerləşdirilən Azərbaycana yardımın göstərilməsinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi haqqında qanun layihəsi rəsmi Bakının regionda davamlı sülhə yönəlmiş konstruktiv və məsuliyyətli siyasətini əks etdirir. Azərbaycanın mövqeyi, o cümlədən 1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğv edilməsi zərurəti Cənubi Qafqazdakı proseslərin ABŞ tərəfindən düzgün, obyektiv və rasional siyasi-hüquqi qiymətləndirilməsi üçün möhkəm təməl yaradıb.
Bunu Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Əsgər AZƏRTAC-a müsahibəsində bildirib.
Professor ABŞ da daxil olmaqla, beynəlxalq aləmdə Bakının düşmənlərinin planlarını pozan iki fundamental amilə diqqət çəkib.
“1992-ci ildən bəri Azərbaycan sülhə ardıcıl və prinsipial sadiqlik siyasəti həyata keçirir, vaxtaşırı Ermənistanla münasibətlərin normallaşdırılması üzrə konstruktiv və genişmiqyaslı təşəbbüslər səsləndirir. Bu təkliflər Ermənistanda uzun müddət qəbul edilmirdi ki, bu da problemlərin həllini uzadır və regionda sabitliyə ciddi ziyan vururdu. Lakin ABŞ-dakı siyasi və ekspert dairələri də daxil olmaqla, beynəlxalq ictimaiyyət Cənubi Qafqazdakı münaqişələrin uzanmasının səbəblərini və buna görə məsul şəxsləri tədricən daha aydın başa düşməyə başlayıb”, - deyə o qeyd edib.
Ali Əsgərin sözlərinə görə, daha bir amil isə beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Azərbaycanın öz resurs və imkanlarından istifadə edərək işğal altındakı torpaqların azad edilməsi səyləri olub:“Nizamlanmanın hərbi mərhələsindən sonra Azərbaycan ədalətin və beynəlxalq hüquq prinsiplərinin qorunmasına yönəlmiş sülh gündəliyi ilə çıxış etdi. Bakı Ermənistanın regional nəqliyyat, enerji və iqtisadi layihələrə daxil edilməsinə imkan verən mexanizmlər təklif edib. Azərbaycanın bu cür münasibəti təkcə qalib ölkənin deyil, həm də bütün iştirakçıların uzunmüddətli maraqlarına cavab verən bir modelə çevrilib”.
Professor, həmçinin ABŞ qanunvericiliyində 907-ci düzəlişin formal mövcudluğu faktının özünü “siyasi və hüquqi cəhətdən əsaslandırılması mürəkkəb” adlandırıb. O, xatırladıb ki, bu düzəliş ABŞ qanunvericiləri tərəfindən 1990-cı illərin əvvəllərində Cənubi Qafqazda baş verən proseslərin subyektiv və birtərəfli təhlili əsasında qəbul edilib. “Azərbaycan və Ermənistan bu gün aktiv sülh danışıqlarını davam etdirir. Münasibətlər tədricən normallaşır ki, bu da kommunikasiyaların açılması və ticarət-iqtisadi münasibətlərin bərpası üçün əsas formalaşdırır. Belə bir vəziyyətdə seçmə və açıq şəkildə siyasi motivli məhdudiyyətlər ABŞ hakimiyyətinin regionda sülhə və sabitliyə töhfə verməyə hazır olması ilə bağlı rəsmi mövqeyinə açıq şəkildə ziddir”, - deyə A. Əsgər əlavə edib.
Ali Əsgər qeyd edib ki, ABŞ Konqresinin rəsmi saytında yerləşdirilən Azərbaycana yardım edilməsinə qoyulan məhdudiyyətlərin ləğv olunmasını nəzərdə tutan H.R.6534 saylı qanun layihəsi hüquqi xarakterli ilk prosedur addımdır, bu hadisə çox mühüm siyasi əhəmiyyət kəsb edir və özündə güclü mesaj daşıyır: “ABŞ Konqresi səviyyəsində ilk dəfə olaraq açıq şəkildə etiraf edilir ki, müstəqilliyin bərpası anından bəri Azərbaycan ABŞ-ın və onun müttəfiqlərinin etibarlı tərəfdaşıdır və həm müharibə, həm də sülh dövründə əhəmiyyətli əməkdaşlıq formatları yaradıb. Qanun layihəsinin mətnində açıq şəkildə qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet elan edib. Azərbaycan və Ermənistan tərəfindən ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması xatırladılır. Buna görə də, bu sənədi Vaşinqtonun regiondakı yeni siyasi və hüquqi reallıqları tanıması ilə bağlı siyasi mesajı hesab etmək olar”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















