Icma.az
close
up
RU
Türkiyəli professor: ““Check up” dövrü başa çatıb...”

Türkiyəli professor: ““Check up” dövrü başa çatıb...”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Müasir dövrdə qocalma artıq idarəolunan bioloji proses kimi qiymətləndirilir.

Bu səbəbdən dünyanın bir çox ölkəsində xəstəxanalar sağlam qocalma və uzunömürlülük sahəsində ixtisaslaşmış mərkəzlər yaratmağa başlayıb.

Sağlam qocalma və uzunömürlülük sahəsində tanınmış mütəxəssislərdən biri olan professor Osman Müftüoğlu da bu mövzuda 50 illik peşəkar təcrübəsini bölüşüb.

“Cebheinfo.az” xəbər verir ki, türkiyəli professor yeni modelin fəlsəfəsini belə izah edib:

“Ənənəvi "check-up" anlayışını geridə qoyan bu yenilikçi model yalnız insanın mövcud sağlamlıq vəziyyətini qiymətləndirməklə kifayətlənmir, eyni zamanda gələcəkdə yarana biləcək riskləri əvvəlcədən müəyyənləşdirməyə və fərdi profilə uyğun profilaktik tədbirlər planı hazırlamağa yönəlib. Başqa sözlə, "check-up" dövrü başa çatıb, "check-forward" dövrü başlayıb”.

O bildirib ki, qabaqcıl analiz sistemləri, rəqəmsal səhiyyə texnologiyaları və süni intellekt dəstəyi ilə əldə olunan məlumatlar hər bir insan üçün fərdiləşdirilmiş sağlam və uzunömürlü həyat planlarının hazırlanmasına imkan yaradır:

“Tibb istiqamətini dəyişir. Artıq əsas məqsəd yalnız xəstəliyi aşkar etmək deyil, onun yaranmasının qarşısını almaqdır. Ənənəvi müalicə modelinin yerini sağlamlığın qorunmasına yönəlmiş yanaşma tutur”.

Osman Müftüoğlu vurğulayıb ki, artıq məsələ daha uzun yaşamaqdan çox, daha keyfiyyətli yaşamaqdır:

“Məqsədimiz insanların ömürlərini uzatmaqla yanaşı, onların daha uzun müddət enerjili, məhsuldar, müstəqil və sağlam qalmasına dəstək olmaqdır.

Müasir tibb xəstəliyin yaranmasını gözləyən deyil, gələcəyi idarə etməyə çalışan bir modelə çevrilir. Əsas məsələ təkcə xəstəliyi aşkar etmək deyil, onun yaranmasına imkan verməməkdir”.

O qeyd edib ki, bu gün 70 yaşa çatmaq artıq qeyri-adi uğur hesab edilmir:

“Mərhum şair Cahit Sıtkı Tarancının dediyi kimi, artıq 35 yaş həyat yolunun yarısı sayılmır. Bununla belə, elmi araşdırmalar göstərir ki, qocalmanın ilk əlamətləri məhz 35 yaş ətrafında özünü göstərməyə başlayır. 

Buna görə də 35 yaş həyatın yarısı deyil, yeni mərhələsinin başlanğıcı kimi qəbul oluna bilər”.

Professor əlavə edib ki, 35 yaşdan etibarən müntəzəm sağlamlıq müayinələri aparıldıqda orqanizmdə bir növ “metabolik yenilənmə” baş verir:

“Bu yanaşma sayəsində Alzheimer xəstəliyinin yaranmasından təxminən 10 il əvvəl riskləri müəyyənləşdirərək onun qarşısını almaq istiqamətində addımlar ata bilirik.Xərçəng xəstəlikləri ilə bağlı da gələcəyi proqnozlaşdırmağa imkan verən yeni mərhələyə qədəm qoymuşuq.

Mədəaltı vəzi və yumurtalıq xərçəngi də daxil olmaqla bir çox xərçəng növündə riskləri illər öncədən müəyyənləşdirmək mümkündür. Bunun sayəsində DNT-də dövr edən şiş hüceyrələrini erkən mərhələdə aşkarlaya bilirik”.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri