Türkiyəli professordan XƏBƏRDARLIQ: 7 bal gücündə zəlzələ olacaq FOTO
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünən Türkiyədə Sivasın Ulaş rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Mütəxəsisslər bu təkanın Tecer qırılma qolunun üzərində baş verdiyini və bunun ciddi zəlzələnin xəbərçisi olduğunu ehtimal edirlər.
News24.az -ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, seysmologiya mütəxəssisi, professor Naci Görür bildirib ki, bu qırılma irəlidə 7 bal gücündə zəlzələ yarada bilər.
Dünən axşam saatlarında baş verən və qısa müddət çəkən bu zəlzələ bölgədəki seysmik aktivliyi artırdığını göstərib.
Görür bu qırılma xəttinin gücünü nəzərə alaraq, ətraf bölgələrdə daha böyük təbii fəlakətlərə yol aça biləcəyini vurğulayıb.
Mütəxəssis Ecemiş fay xətti ilə bağlı da xəbərdarlıq edib.
Bildirib ki, bu, Kayseridən Mersinə qədər uzanır və sol tərəfli aktiv qırılma xəttidir. Bu xəttə görə regionda potensial təhlükələrin yüksəkdir.
Mütəxəssis bölgənin xüsusi diqqət və nəzarət altında saxlanılmasının vacib olduğunu, bu növ fayların yaratdığı risklərin ciddi şəkildə qiymətləndirilməli olduğunu söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















