Türkiyəli prorektor Azərbaycanın döyüş gəmilərinə baxdı Foto
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Tələd Canboladın (Talat Canbolat) rəhbərliyi ilə qardaş ölkənin MMU-nun Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyətləri, müəllimləri, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olublar.
Keçirilən görüşlərdə Türkiyə nümayəndə heyətinə Azərbaycan HHQ və HDQ-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, brifinqlər təqdim olunub.
Plana uyğun olaraq, qonaqlar HHQ-nin “N” hərbi hissəsini ziyarət edib, həmçinin HDQ-nin dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkiblər.
Səfər zamanı qardaş ölkənin nümayəndə heyətini maraqlandıran bütün suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















