Türkiyəli qonaqlar Kıbrıs Azərbaycan Evini ziyarət ediblər FOTOLAR
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) rəhbəri, həmyerlimiz Pərviz Altay, dərnəyin Qadın Komitəsinin sədri Tərlan Əvəzqızı, tanınmış YouTube bloqeri Aziz Başer Evren və “Space Travel” şirkətinin təsisçisi Əminə Dəmirova Lefke Avropa Universitetinin dəstəyi ilə yaradılmış Kıbrıs Azərbaycan Evini ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, qonaqlar Kıbrıs Azərbaycan Evinin qurucusu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyevlə görüşüblər. Görüş zamanı İzmirdə Azərbaycan diasporunun təşkili, milli-mədəni dəyərlərimizin təbliği, gənclərin maarifləndirilməsi, eləcə də Türk dünyası ölkələri arasında ictimai əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz Altay Kıbrıs Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək bu cür təşəbbüslərin diaspor fəaliyyətinin inkişafına və Türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, treninqlərin və infoturların təşkili, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, birgə daxili və xarici səfərlərin həyata keçirilməsi, həmçinin bu istiqamətdə müvafiq birgə inkişaf proqramlarının hazırlanması barədə razılıq əldə olunub.
Sonda qonaqlar xatirə dəftərinə mərkəzlə bağlı təəssüratlarını yazıblar. Ruslan Quliyev göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirərək Kıbrıs Azərbaycan Evinin gələcəkdə həyata keçirməyi planlaşdırdığı layihələr barədə məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:72
Bu xəbər 20 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları