Icma.az
close
up
RU
Türkiyəni düşmən sayan BƏƏ necə dəyişdi və Bakıya doğma oldu?

Türkiyəni düşmən sayan BƏƏ necə dəyişdi və Bakıya doğma oldu?

Icma.az, Bakupost saytına istinadən bildirir.


Əbu-Dabi Ermənistananla Azərbaycanı bir araya gətirir


7 əmirlikdən ibarət olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində - Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə - Səudiyyə Ərəbistanı, Qətər və Omanla həmsərhəddir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür. Federativ dövlət kimi tanınır. Mütləq monarxiyadır.

Əbu-Dabinin hakimi şeyx Məhəmməd bin Zayed ən-Nəhyan 2022-ci ildən ölkənin prezidentidir. Əbu-Dabi ən böyük əmirlik olduğuna görə bu belədir. Böyüklüyünə görə ikinci olan Dubayın əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum isə vitse-prezident və baş nazirdir. BƏƏ-də 11 milyon nəfər yaşayır. Onların 89 faizə yaxını əcnəbidir. Ümumi daxili məhsulun həcmi 2024-cü ildə 849.8 milyard olub. Bu baxımdan BƏƏ dünyada 34-cü yerdədir. Adam başına düşən milli gəlir isə 77.251 dollardır, yəni dünyada 14-cü yerdə qərar tutur. BƏƏ dünyanın ən varlı ölkələrindən biri kimi tanınır.

BƏƏ ilə Azərbaycanın strateji müttəfiqlik səviyyəsində münasibətləri var. Məsələn, BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan 2024-cü ildə Azərbaycanada keçirilən COP29 tədbirində yaxından iştirak edib. İlham Əliyevlə görüşü zamanı o, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu ilin yanvarında Prezident İlham Əliyev Əbu-Dabidə işgüzar səfərdə olmuşdu.

Bəs Ermənistanla BƏƏ-nin münasibətləri necədir?

1998-ci ildən etibarən bu iki ölkə arasında rəsmi münasibətlər yaranıb. Ermənistan 2000-ci ildə Əbu-Dabidə səfirlik, 2017-ci ildə Dubayda konsulluq açıb. 2015-ci ildə İrəvanda BƏƏ-nin səfirliyi fəaliyyət göstərir. Ermənistan-BƏƏ Hökumətlərarası Birgə Komissiyanın ilk iclasını 2015-ci ildə İrəvanda keçirib. BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan 21 sentyabr 2020-ci il tarixində Ermənistanı Sovet İttifaqından müstəqillik əldə etməsi münasibətilə təbrik edib, vitse-prezident Şeyx Məhəmməd bin Rəşid əl-Məktum və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zaya Ermənistana təbrik teleqramları göndərib.

Ən maraqlısı odur ki, son illərdə Türkiyənin güclənməsi BƏƏ-də narahatlıq doğurub. Və bu narahatlığın təzahürü olaraq BƏƏ Türkiyəyə düşmən münasibətdə olan Ermənistanla münasibətlərini yeni - daha yüksək səviyyəyə qaldırıb. Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin ambisiyalarına düşmən münasibət bəsləyir. Suriya, Sudan və Liviyada Türkiyə ilə BƏƏ-nin maraqları toqquşur. Belə bir fonda Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirmək üçün BƏƏ qondarma erməni soyqırımını tanımaq istiqamətində müəyyən addımlar atıb. Heç də təsadüfi deyil ki, 2019-cu ilin aprelində Əbu-Dabi Əmirliyi qondarma erməni soyqırımı tanıyan ilk əmirlik oldu.

Aydındır ki, BƏƏ ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanının göstərişi ilə bu kimi addımlar atıb. Tarixən Səudiyyə Ərəbistanı erməni soyqırımına görə Türkiyəni dəstəkləyib və dünyada Ermənistanın müstəqilliyini tanımayan nadir ölkələrdən biri olub. Səudiyyə Ərəbistanı da Dağlıq Qarabağ münaqişəsində Türkiyənin əsas müttəfiqi olan Azərbaycanın tərəfində dayanıb. Bununla belə, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında artan gərginlik Səudiyyə Ərəbistanının yavaş-yavaş erməni soyqırımına diqqət yetirməsinə səbəb olub. Nəticədə hökumət tərəfindən idarə olunan yerli mediada erməni soyqırımından bəhs edən materiallar artmağa başlayıb.

2019-cu ilin aprelində Səudiyyə Ərəbistanı da Amerika Konqresinin erməni soyqırımını tanımaq üçün qəbul etdiyi qətnaməni dəstəklədi. Səudiyyə Ərəbistanının Livandakı səfiri də Səudiyyə Ərəbistanının Ermənistanla həmrəyliyini nümayiş etdirmək üçün Erməni Soyqırımı Memorialını ziyarət etdi. 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə Prezidenti Ərdoğan Səudiyyə Ərəbistanını Qafqaz və Yaxın Şərqdəki gərginliyə görə günahlandırdıqdan sonra Səudiyyə Ərəbistanı türk mallarını boykot etdi.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının da Azərbaycanla münasibətlərdə təsir rıçaqlarına ehtiyacı var, çünki Səudiyyə Ərəbistanı Azərbaycanı Ermənistanın müttəfiqi, eyni zamanda Türkiyə və Səudiyyə Ərəbistanının rəqibi olan İranda sabitliyi pozmaq üçün potensial yer kimi görürdü. Buna görə də Səudiyyə Ərəbistanının Türkiyəyə qarşı müqaviməti artsa da, Azərbaycana qarşı ehtiyatlı davranmağa üstünlük verdi.

2020-ci ildə Azərbaycanla Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan Prezidenti Armen Sərkisyan BƏƏ və Səudiyyə Ərəbistanının müştərək TV kanalı olan “Əl Ərəbiyyə”də çıxış edərək, beynəlxalq ictimaiyyəti Türkiyənin münaqişəyə müdaxiləsini dayandırmağa çağırdı. Müharibə başa çatdıqdan qısa müddət sonra Sərkisyan BƏƏ-yə işgüzar səfər etdi və o vaxt Əbu-Dabinin vəliəhd şahzadəsi olan Məhəmməd bin Zayed ən-Nəhyan ilə görüşdü.

Gördüyünüz kimi, varlı Körfəz ölkələri ilə Türkiyənin münasibətləri gərginləşən kimi qondarma erməni soyqırımı məsələsi aktuallıq kəsb edir. Bu məsələdən nəinki xristian ölkələri, eləcə də müsəlman ölkələri Türkiyəyə, dolayısı ilə həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Xatırladım ki, Livan, Liviya və Suriya qondarma erməni soyqırımı rəsmən tanıyan müsəlman ölkələridir.

Ancaq 44 günlük müharibədən sonra Cənubi Qafqazda köklü geosiyasi dəyişikliklər baş verdi. Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələrində baş qaldıran antitürkiyə ovqatı ciddi şəkildə ortadan qalxdı. Daha qondarma erməni soyqırımı Yaxın Şərqdə heç bir dövlətin yadına düşmür. Əksinə, Yaxın Şərq ölkələri xüsusən hərbi sahədə böyük uğurlar əldə edən Türkiyə ilə müttəfiq olmağa çalışırlar. Azərbaycanın da əksər Yaxın Şərq ölkələri ilə, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanı ilə əla münasibətləri var.

Təsəvvür edirsizmi, bir vaxtlar Ermənistana qucaq açan BƏƏ indi ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında ev sahibi kimi rol almaqda maraqlı görünür...

Biz bilməliyik ki, erməni kartından Türkiyə və Azərbaycana qarşı son 100 ildə bir çox dövlət istifadə edib. Məsələn, son illərdə Hindistan bu baxımdan xeyli irəli gedib. Hindistan ən yüksək səviyyədə qondarma erməni soyqırımını tanımaq barədə fikirlər səsləndirib. Səbəb bəllidir. Türkiyə və Azərbaycan Hindistan-Pakistan qarşıdurmasında rəsmi İslamabadın yanında yer alır.

Bəllidir ki, Nikol Paşinyan hökuməti qondarma erməni soyqırımı məsələsini Ermənistanın xarici siyasətinin əsas prioritetləri sırasından rəsmi qaydada çıxarıb. Heç şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra xristian dünyasının türklərə qarşı uydurduğu bu süni məsələ aktuallığını birdəfəlik itirəcək.

ABŞ dövlət katibi Marko Rubionun son açıqlaması da göstərir ki, ABŞ Ermənistala Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına əminlik nümayiş etdirir. Heç şübhəsiz ki, bu əminlik üçün ciddi əsaslar var. Əbu-Dabidə sabah baş tutacaq görüş hər iki tərəfi ən azı sülhə daha bir addım yaxınlaşdıracaq. Kommunikasiya xətlərinin açılmasının bir addımlığındayıq. Ermənistan daha Turan dəhlizindən qorxmur. Əksinə, Zəngəzur dəhlizini öz suverenliyi üçün təminat kimi dəyərləndirir.

Elbəyi Həsənli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyul 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri