Icma.az
close
up
RU
Türkiyəni mərkəzə çevirən həmlə: Tramp da etiraf etdi, qərar dəyişdi

Türkiyəni mərkəzə çevirən həmlə: Tramp da etiraf etdi, qərar dəyişdi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər beynəlxalq siyasi arenada Türkiyənin mövqeyinin gücləndiyi, münaqişələrin həlli üçün ideal platforma kimi dəyərləndirildiyi müşahidə olunur. Qlobal siyasətdə sanki Ankara ətrafında bir sıxlaşma prosesi başlayıb. Düşmən sayılanlar təşəkkür edir, sanksiya qoyanlar geri addım atır, böyük güclər Ankaraya tərəf yönəlir.

Həmçinin PKK-nın ləğvi və ABŞ-la Qərbin dəstəklədiyi PYD/YPG-yə təzyiqlərin artması kimi nüanslar Türkiyənin “terrorla mübarizə” məsələsində beynəlxalq legitimlik qazandığını göstərir. Uzun illər ərzində ABŞ və Qərb ölkələri tərəfindən dəstəklənən PYD/YPG artıq Ankaranın terror təşkilatı kimi qəbul etdiyi PKK ilə əlaqələrini kəsərək Vaşinqtona yaxınlaşma tələb edir.

Xüsusilə ABŞ-ın Türkiyəyə marağının artması, münasibətlərin yaxşılaşdırılmasına çalışılmasının səbəbi nədir? Uzun illərdir müşahidə olunan Ankara-Vaşinqton gərginliyi sona çatır?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, bu məsələyə daha kompleks şəkildə yanaşmaq lazımdır:

“ABŞ bir sıra məsələlərdə Türkiyənin mövqeyini nəzərə almalı, bəzən isə dəstəkləməlidir. O da həqiqətdir ki, Vaşinqton bəzən istəməsə də, Ankaranın təkliflərini qəbul edir. Bu, hər bir strateji əlaqənin kompleksliyindən irəli gəlir.

Məsələn, Ağ Ev Ukrayna münaqişəsində Rusiya ilə əlaqələri kəsib sanksiyalar tətbiq etməyə başlayanda Ankara eyni addımı atmadı. Məhz bu yanaşma, hazırda Türkiyəni danışıqlarda əhəmiyyətli bir ölkə olaraq göstərir. Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin İstanbulda bir araya gəlməsi isə Türkiyənin vasitəçilik rolunu yenidən təsdiq edir. Bu, onun bölgədə və beynəlxalq münaqişələrdə artıq strateji tərəfdaş kimi qəbul edildiyini bir daha göstərir”.


Turab Rzayev

Politoloq əlavə edib ki, Türkiyə Ukraynada müharibənin davam etdiyi müddətdə yalnız bir vasitəçi kimi deyil, həm də güclü bir oyunçu olaraq önə çıxır:

“Bu vəziyyət ABŞ və Rusiya kimi qlobal oyunçuların Ankaranın vasitəçiliyini qəbul etməsi ilə daha da möhkəmlənir. Ankara Moskva ilə münasibətlərinin gərgin olduğu bir vaxtda da, həm ABŞ, həm də Rusiya ilə balanslı mövqedə qalmağa davam edib.

Türkiyənin digər bir strateji uğuru da burada açıq-aşkar görünür. ABŞ Prezidenti Donald Trump özü də etiraf edir ki, Ankaranın Suriya siyasəti uğurlu nəticələr verdi. Bu, ABŞ-ın Türkiyəyə siyasi dəstəyini artırmağa yönəlik bir addımdır. Ən maraqlısı isə, Trumpın açıq etirafından sonra Suriyaya tətbiq edilən sanksiyaların aradan qalxması məsələsidir. Burada ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətləri da mühüm rol oynayır. Türkiyənin o ölkə ilə əlaqələri yeni balansların qurulmasını ehtiva edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri