Icma.az
close
up
RU
Türkiyəni silkələyən faciə ölkəmizdə də yaşana bilər Mühüm məqamlar

Türkiyəni silkələyən faciə ölkəmizdə də yaşana bilər Mühüm məqamlar

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İstanbulda Böcek ailəsinin fosin qazından faciəvi şəkildə həlak olması dezinfeksiya zamanı istifadə edilən kimyəvi maddələrin təhlükəsini gündəmə gətirib.

Dezinfeksiya zamanı zəhərli maddələrin miqdarına necə nəzarət olunur? Otel və restoranlarda istifadə edilən kimyəvi maddələr necə hazırlanır? Obyektlərə hansı formada çatdırılır və tərkibi necə yoxlanılır?

Globalinfo.az-a danışan infeksionist Nahid Kərimli deyib ki, fosfin maddəsi dezinfeksiya məqsədi ilə istifadə olunan bəzi maddələrin, yəni dezinfektantların metabolitidir:

“Bu isə böyük ehtimalla dezinfeksiyanın peşəkar aparılmaması və ya kənd təsərrüfatında istifadə edilən dezinfektantların otel şəraitində tətbiqi ilə bağlı ola bilər. Ola bilər ki, Böcek ailəsi dezinfeksiya prosesindən dərhal sonra otel otağına daxil olub və nəticədə zəhərlənmə baş verib. Dezinfeksiya prosedurundan əvvəl istifadə olunacaq maddələrin tərkibi və miqdarı mütləq texniki təlimata uyğun olaraq ölçülməli, xüsusilə də hər preparat üçün müəyyən edilən maksimal təhlükəsiz konsentrasiyaya riayət edilməlidir. Bu prosesdə xüsusi ölçü cihazları aerozol meter və ya dozaj nəzarət aparatları məhlulun həddindən artıq tətbiq olunmasının qarşısını almağa kömək edir. Qapalı məkanlarda havalandırmanın vəziyyəti də önəmlidir, çünki zəif hava dövranı zəhərli hissəciklərin daha uzun müddət mühitdə qalmasına səbəb olur”.

Nahid Kərimli

Həkim bildirib ki, həşərat dərmanları tənəffüs yolu, dəri və selikli qişalar vasitəsilə bədənə daxil olur və müəyyən əlamətlər görülür:

“Əlamətlər adi zəhərlənmə halları ilə eynilik təşkil edir – baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, huşun itməsi, ağır hallarda isə koma və ölüm mümkündür. Yüksək dozalı və təkrar nəfəs alınması isə sinir sisteminə təsir göstərir. Kimyəvi maddələrin uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün riski daha yüksəkdir. Ona görə də dezinfeksiya öncəsi maddələrin miqdarının dəqiq hesablanması və sonrası mühitin yaxşı havalandırılması təhlükəsizliyin əsas şərtləridir. Bu qaydalara əməl olunması həm təsirli dezinfeksiya, həm də insan sağlamlığının qorunması baxımından həlledicidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri