Icma.az
close
up
RU
Türkiyəni təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevirəcəyik

Türkiyəni təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevirəcəyik

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

İstanbulda Təbii Sərvətlər Zirvəsi (INRES 2025) keçirilir. Sammitdə enerji və resurs təhlükəsizliyi sahəsində inkişaf edən qlobal və regional dinamika, enerji transformasiyası çərçivəsində kritik minerallar və karbohidrogenlər, transformasiya dövründə maliyyələşdirmə modelləri və investisiya strategiyaları müzakirə olunur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sammitdə ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edir.

Zirvədə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə təbii sərvətləri, coğrafi mövqeyi və karbohidrogen ehtiyatlarına yaxınlığı ilə qlobal enerji bərabərliyində strateji yer tutur: “Biz əsas tranzit marşrutu olaraq təchizat təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyik. Türkiyənin enerji təhlükəsizliyi birbaşa və ya dolayısı ilə bütün dünyanı maraqlandıran bir məsələdir. Türkiyəni təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal bir aktora çevirəcəyik. Qabar dağında görülən işlərlə Türkiyə üzrə gündəlik neft hasilatımız 2025-ci ilin martın sonunadək 135 min bareli keçərək rekord həddə çatıb. Bu günə qədər Qabarda 26 milyon barreldən çox neft hasil edilib və ümumi dəyəri 2 milyard dollara yaxınlaşıb”.

Türkiyə Prezidenti Çanaqqaladakı üzən istehsal platformasının gələn il Sakarya yatağında fəaliyyətə başlayacağını bildirərək Sakarya Qaz Sahəsində 2028-ci ildə gündəlik hasilatı 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini deyib.

“Cümhuriyyət tarixinin ən böyük enerji layihəsi olan Akkuyuda ilk reaktorun tikintisi tezliklə başa çatır. Bu ilin sonunda sınaq istehsalına başlayacağıq və ilk elektrik enerjisini Akkuyudan təmin edəcəyik. Biz Akkuyu Atom Elektrik Stansiyasının 2028-ci ildə tam gücü ilə işləyəcəyini gözləyirik. Təkcə son 3 ildə elektrik və təbii qazda millətimizə 983 milyard lirə dəstək vermişik”, - deyə Ərdoğan bildirib.

“Turkuvaz Media Qrupu”nun ev sahibliyi etdiyi bu strateji zirvə, yeni texnologiyaların tətbiqi və regional enerji əməkdaşlığı mövzularında geniş fikir mübadiləsini nəzərdə tutur. Zirvə çərçivəsində Türkiyənin son illərdə enerji sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrin təqdimatı, yeni beynəlxalq əməkdaşlıqların formalaşdırılması, təbii resurslardan davamlı və səmərəli istifadənin təşviqi, qlobal enerji təhlükəsizliyi ilə bağlı strateji yanaşmaların müzakirəsi, Türkiyənin enerji sektorundakı texnoloji nailiyyətlərinin tanıdılması və qarşıdakı dövr üçün hədəflərin elan olunması gözlənilir.

Tədbir çərçivəsində enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə "Enerjinin transformasiyasında mədənçilik" və “Təchizat təhlükəsizliyində imkanlar və problemlər” mövzuları müzakirə olunub.

Sammitə Türkiyənin enerji sahəsində son zamanlar əməkdaşlıq etdiyi 14 ölkədən nazirlər və nazir müavinləri qatılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri