Türkiyənin 12 hərbçisi şəhid oldu YENİLƏNİB
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
"Pəncə-Kilid" əməliyyatı bölgəsində bir mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı 19 əsgərin metan qazına məruz qaldığı faciəvi hadisədə şəhid olan əsgərlərin sayı 12-yə yüksəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
Xəbər verdiyimiz kimi, 2022-ci ildə "Pəncə-Kilid" əməliyyatında şəhid olan piyada baş leytenantı Nuri Melih Bozkurun cəsədinin axtarışı zamanı Türkiyə ordusunun 19 əsgəri metan qazından zəhərlənib.
Avtosfer.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, zəhərlənən hərbçilərdən 8-i şəhid olub.
"Ötən gecə zəhərlənən 5 əsgərimiz şəhid olduğu halda, bu gün səhər saatlarında metan qazından şəhid olan əsgərlərimizin sayının 8-ə yüksəlib", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















