Türkiyənin 50 vilayətində 150 dən çox insan terrorizm ittihamı ilə həbs edilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara, 21 oktyabr, AZƏRTAC
Son bir ayda Türkiyənin 50 vilayətində “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər saxlanılıb. Onlardan 154-ü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı, oktyabrın 21-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə paylaşım edib.
Onun sözlərinə görə, şəxslərin saxlanması Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə də olub.
Həbs olunanlar qadağan olunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət təşkilatlarını maliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLock” şifrəli mesajlaşma proqramından istifadə etməkdə ittiham olunurlar.
Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrinin əməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Oktyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















