Türkiyənin Ali Məhkəməsinin sədr müavini ASAN xidmətdə
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
9 iyul 2025-ci il tarixində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrakın başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bakıvaxtı.az xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib, hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Nümayəndələr Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
Həmçinin nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “Bilim Bakı” mərkəzi və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















