Icma.az
close
up
RU
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 15 İyun, AZƏRTAC

Türkiyənin Amasya şəhərində Atatürk Beynəlxalq Mədəniyyət və Sənət Festivalı çərçivəsində “Azərbaycan İncəsənəti göstərisi” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Amasya Valiliyinin və Bələdiyyəsinin, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Amasya Azərbaycan Dostluq Dərnəyinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbir şəhərin mərkəzində yerləşən Yavuz Səlim meydanında baş tutub.

Azərbaycanın Milli Qurtuluş gününə həsr olunan tədbirdə şəhər valisi Önder Bakan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, amasyalı millət vəkilləri, yerli hakimiyyət təmsilçiləri, ictimaiyyət nümayəndələri, festival iştirakçıları, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan -Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətləri, 15 iyun Milli Qurtuluş günü haqqında danışaraq, Amasyanın qədim Anadolu şəhəri olmaqla ortaq tariximizin, mədəniyyətimizin və qardaşlığımızın dərin izlərini daşıyan önəmli məkan olduğunu bildiriblər. XII əsrdə Azərbaycan torpaqlarından gələrək Amasyanın fəthində mühüm rol oynayan Türk-Azərbaycan əsilli sərkərdə Gümüştəkin Əhməd Qazinin bu şəhəri Anadolu türklüyünün və Türk-İslam mədəniyyətinə qazandırdığını qeyd ediblər.

Amasyanın Mərkəzi meydanında keçirilən konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram tamaşaçılara təqdim edilib.

Proqram çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz “Uzundərə”, “Ay Ləli yar” və başqa rəqslərimiz ifa olunub.

Azərbaycanlı ifaçı Müşviq Əliyev, opera müğənnisi Fidan Hüseynova, habelə “Azərbaycan Rüzgarı” folkor qrupunun ifasında səsləndirilən Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də milli musiqi nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaradıb.

Qeyd edək ki, şəhərdə Atatürk Beynəlxalq Mədəniyyət və Sənət Günləri çərçivəsində festival iştirakçılarının turist avtobusları ilə şəhər turu - paradı keçirilib. Azərbaycan sənətçiləri də bayraqlarımızla, Azərbaycan-Türkiyə qardaşlığı musiqisinin müşaiyəti ilə şəhər gəzintisində iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri