Icma.az
close
up
RU
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Milli Məclisdə olub

Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Milli Məclisdə olub

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa toxunulub

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, parlamentin sədri qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, münasibətlərimizin Ulu Öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkənin prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdığı və bu gün dünya miqyasında bənzəri olmadığı diqqətə çatdırılıb. Tarixi Şuşa Bəyannaməsi xalqlarımız arasında mövcud olan tarixi, ənənəvi qardaşlıq əlaqələrinin ifadəsi kimi qiymətləndirilib. Həmçinin bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu regionumuzda da sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına mühüm amildir.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Qeyd olunub ki, iki qardaş dövlət hər zaman bir-birinin yanındadır və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birini dəstəkləyir.

Həmçinin ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin iki ölkənin parlamentləri platformasında da uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, qanunverici orqanlarımızın əlaqələri ölkələrimiz arasında əməkdaşlığın ruhuna uyğundur və ildən-ilə möhkəmlənir. İkitərəfli əsasda əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyi diqqətə çatdırılıb.

Birol Akgün Türkiyənin Azərbaycanda səfiri kimi fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Fevral 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri