Türkiyənin “Baykar” şirkəti Avropa hərbi bazarına daxil olur
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
İngiltərənin "Financial Times" qəzetinin eksklüziv xəbərinə görə, İtaliyanın müdafiə nəhəngi “Leonardo”, dünyanın aparıcı İHA istehsalçılarından biri olan “Baykar” ilə istehsal ortaqlığı bağlamağın son mərhələsindədir.
Danışıqlarla tanış olan mənbələrin fikrincə, Avropanın dron istehsal gücünü əhəmiyyətli dərəcədə artıra biləcək birgə müəssisənin təməlini qoyan anlaşma memorandumu gələn həftə imzalana bilər.
Birgə müəssisə “Leonardo”ya “Baykar”ın qabaqcıl pilotsuz platformalarından istifadə etməyə imkan verəcək ki, bu da altıncı nəsil döyüş təyyarələri üçün yüksək texnologiyalı dronların yaradılmasına gətirib çıxara bilər.
“Leonardo” hazırda Böyük Britaniyanın “BAE Systems” və Yaponiyanın “JAIEC” şirkətləri ilə birlikdə Qlobal Döyüş Hava Proqramında (GCAP) iştirak edir.
Layihə yeni nəsil döyüş təyyarəsinin hazırlanması məqsədi daşıyır və pilotsuz uçuş aparatlarının onun əsas komponenti olacağı gözlənilir.
Tərəfdaşlıq uzun müddətdir mövcud müdafiə tərəfdaşlıqlarından kənara çıxmağa çalışan “Baykar” üçün Avropa bazarını açacaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















