Icma.az
close
up
RU
Türkiyənin beynəlxalq miqyasda çəkisi və APARICI VASİTƏÇİLİK TƏHLİL

Türkiyənin beynəlxalq miqyasda çəkisi və APARICI VASİTƏÇİLİK TƏHLİL

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq üç ildir ki, Türkiyə və məhz qardaş ölkənin prezidenti Ukrayna münaqişəsinin həll edilməli olduğunu və İstanbulun uyğun platforma ola biləcəyini bəyan edir. Bir sıra amillərə görə 2024-cü ildə Türkiyə vasitəçiliyinə olan ümidlər getdikcə artmaqdadır. Çünki həqiqətən də məhz bu dövlət, Türkiyə elə Ukrayna nizamlanmasında aparıcı vasitəçiyə çevrilib.

Trampın rəhbərliyi dövründə yeni dönüş və Türkiyənin regional lider olaraq qəbul edilməsi müşahidə olunur

Ola bilsin ki, ötən illərdə Türkiyənin Ukrayna nizamlanmasında vasitəçiliyi hərbi münaqişənin gedişatına görə qeyri-real görünürdü. Cozef Baydenin prezidentliyinin sonunda Amerika administrasiyası NATO-dakı müttəfiqləri ilə birlikdə Ukraynaya silah tədarükünü artırırdı, Rusiyaya qarşı sanksiyaları maksimum dərəcədə sərtləşdirirdi və daha genişmiqyaslı, qitələrarası hərbi toqquşmalara səbəb ola biləcək bir sıra təhlükəli addımlar gözlənilirdi. Uzaq mənzilli raketlərin tədarükü və Kiyevin onlardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə icazə verilməsi də münaqişənin sülh yolu ilə həllinə maneçilik kimi qiymətləndirilirdi.

ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə hər şey dəyişdi. ABŞ və Rusiya arasında yaxınlaşma ilk növbədə Ukrayna-Rüsiya münaqişəsində sülh perspektivləri vəd etdi. İlk danışıqlar platforması kimi Səudiyyə Ərəbistanı seçilsə belə, demək olar ki, dərhal İstanbulda iki ölkə arasında diplomatik münasibətləri tənzimləmək üçün ABŞ və Rusiya arasında danışıqlar aparıldı. Ər-Riyad və İstanbulda danışıqlar getdiyi bir vaxtda Trampın Ərdoğana yaxınlaşmağa başlaması və onu hər cəhətdən tərifləməsi, eləcə də çari ilin may ayının əvvəlində türkiyə liderinə Ukrayna məsələsində vasitəçi kimi fəaliyyət göstərməyi təklif etməsi heç də təsadüfi və səbəbsiz sayılmır. Hər kəs çox yaxşı başa düşür ki, ABŞ-ın NATO-dan uzaqlaşması səbəbindən Türkiyəni öz təhlükəsizlik sisteminə cəlb etməyə çalışması Avropanın gözündə Türkiyənin çəkisini, nüfuzunu daha da artırdı.

Bəli, məhz mayın 15-də Vladimir Putin özü də münaqişənin həlli ilə bağlı Ukrayna ilə danışıqların İstanbul formatını bərpa etmək təklifi heç də diqqətdən yayınacaq məqam deyil. Bu, bir növ Türkiyənin həlledici rolunu etiraf etmək demək idi. Doğrudur, ABŞ əvvəlcə İstanbuldakı danışıqlarda iştirak etməyi planlaşdırmırdı, çünki Tramp və Zelenski orada Putini heç gözləmək niyyətində də olmayıblar. Amma qeyd olunur ki, Ankarada olan Zelenski Ərdoğanla görüşüb və yəqin ki, ondan müəyyən “tövsiyyələr” də alıb. Ona görə bu qənaətfəyik ki, bildiyimizə görə, hələ bundan əvvəl Türkiyə prezidenti Putinin təşəbbüsündən xəbər tutan kimi Kiyevə bu tarixi şansdan sülh üçün istifadə etməyi tam zamanında tövsiyə etmişdi.

Məhz Ukrayna ilə Rusiya arasında danışıqlarda Türkiyənin əhəmiyyətli rolu onsuz da yüksək olduğu etiraf edirlər. Məsələn, diqqətə çatdıraq ki, vəziyyəti izləyən amerikalı jurnalistlər artıq Türkiyəni regional lider adlandırmaqdan belə qətiyyən çəkinmirlər. Dünyanın ən məşhir nəşrləri belə bu həqiqəti, bu reallığı çəkinmədən etiraf edirlər. Daha doğrusu etiraf etmək məcburiyyətindədirlər. “Bu həftə Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan üçün böyük bir həftə olacağını vəd olunur. İstanbuldakı danışıqlar Ərdoğanın hazırladığı və ABŞ prezidenti Donald Trampın irəli sürdüyü diplomatik dönüşə ümid verir. Türkiyə rəsmiləri uzun illər davam edən gərgin münasibətlərdən sonra ABŞ ilə əlaqələrin inkişaf edəcəyinə və Trampın xarici siyasətə son qoyulması da daxil olmaqla, ikinci müddətə diqqət mərkəzində olacağına ümid edirlər. Ukraynadakı müharibə və Suriyanın beynəlxalq sistemə inteqrasiyası ilə Ərdoğan yenidən regional lider kimi ortaya çıxır”, deyə “Bloomberg” nəşrində qeyd olunur və bu o deməkdir ki, artıq Türkiyə və qardaş ölkə lideri həqiqətən də bütün dünyada regional lider olaraq qəbul edilməkdədir.

Türkiyənin tənzimləmədə rolu və beynəlxalq miqyasda çəkisi etiraf edilir

Qeyd edək ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə paralel olaraq, Donald Trampın Fars körfəzi ölkələrinə Yaxın Şərq turu baş tutub, və o, Suriyanın yeni lideri Əhməd Əl-Şara ilə də görüşüb, ona qarşı sanksiyaları ləğv edib ki, bu da Ərdoğanın köməyi ilə baş verib. Bir çox dünya miqyaslı nəşrlərin qeyd etdiyinə görə, Tramp Suriya liderini Suriyanın yeni hakimiyyətinin əsas himayədarı kimi hesab edilən Türkiyə prezidenti ilə telefon danışığından sonra qəbul edib. Daha dəqiq desək, bütün dünya miqyasında Türkiyənin yeni rolu və çəkisi etiraf edilir.

Etiraf edilir ki, İstanbul danışıqları məsələsinin müzakirəsi belə Türkiyənin əhəmiyyətini daha da artırıb. İlk olaraq, Rusiya nümayəndə heyəti ilə danışıqdan əvvəl Ukrayna danışıqlar qrupunun Türkiyə və ABŞ Xarici İşlər nazirliklərinin rəhbərləri ilə görüşü özü də çox məqamdan xəbər verir. Xüsusən ondan xəbər verir ki, Türkiyə Rusiya-Ukrayna nizamlanmasında sadəcə danışıqlar platforması deyil, həm də real vasitəçi sayılır.

İstanbuldakı görüşün nəticələri əlbəttə ki, tezliklə özünü göstərəcək. Bunu bütün dünya da müşahidə edəcək. Heç şübhəsiz ki, hamı bu barədə biləcək. Məsələ burasındadır ki, Türkiyə tərəfi görüş və onun nəticələri ilə bağlı nikbindir. Sözsüz ki, bu, təəccüblü də deyil. Etiraf edilməlidir ki, uğur təkcə Rusiya və Ukrayna arasında çoxdan gözlənilən sülhə gedən yol deyil, həm də Ərdoğanın və Türkiyə Cümhuriyyətinin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Çünki Türkiyənin tənzimləmədə rolu və beynəlxalq miqyasda çəkisi heç bir tərəddüd olmadan etiraf edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see243

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see186

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see163

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see124

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see123

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see121

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see121

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Bakıda ödənişli yollar neçəyə olacaq? AÇIQLAMA

02 Oktyabr 2025 09:31see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri