Türkiyənin bir şəhərində dabaq xəstəliyi yayılıb Bir bölgə karantinə alındı
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin bir şəhərində dabaq xəstəliyi yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Müdirliyi xəbərdarlıq yayıb.
Xəbərdarlıqda Tuncelinin Çemişgezek mahalında dabaq xəstəliyinin yayılması təsdiqlənib: "Bu səbəblə bəzi kənd və məhəllələrdə karantin tətbiq edilib. Toratlı kəndi isə xüsusi nəzarətə götürülüb. Bundan əlavə, Təkeli, Toratlı, Paşacık, Gözlüçayır, Bozağaç, Sarıbalta, Doğan, Payamdüzü, Ulukale, Yenimahalle və mərkəzi məhəllələrdə heyvanların örüşə ötürülməsi qadağan olunub. Əgər heyvan sahibləri buna əməl etməsə, böyük məbləğdə cərimələnəcəklər".
Rəsmi qurum bölgədə heyvanların dabaq xəstəliyinə qarşı peyvənd işlərinə başlandığını da açıqlayıb.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















