Icma.az
close
up
RU
Türkiyənin bu prosesdən güclü çıxacağı şübhə doğurmur Azay Quliyev

Türkiyənin bu prosesdən güclü çıxacağı şübhə doğurmur Azay Quliyev

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azay Quliyev, Mili Məclisin deputatı

Son bir həftə ərzində Somalinin, Qvineyanın Prezidentlərinin və Pakistanın Baş Nazirinin Bakıya rəsmi səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycanın Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nə qədər geniş vizyona və coğrafiyaya malik olduğunu, Afrika və Asiyaya yeni açılımın dönməz xarakter aldığını bir daha təsdiq edir.

Bu baxımdan 5,1 trilyon ABŞ dolları ÜDM-i, 1,28 milyard əhalisi və 7,62 milyon kvadrat kilometr ərazisi olan D-8 təşkilatına Azərbaycanın rəsmən üzv qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu üzvlük ölkəmizin iqtisadiyyatı və xarici siyasətində yeni imkanlar yaradacaq, ticarət əlaqələrini genişləndirəcək, ənənəvi tərəfdaşlardan kənarda yeni bazarlara çıxışı təmin edəcək və dövlətimizin beynəlxalq təsirini daha da artıracaq.

Bu mərhələdə təşkilatın əsas aparıcı ölkəsi olan qardaş Türkiyənin rolunu və Azərbaycana verdiyi dəstəyi xüsusi olaraq vurğulamaq lazımdır. Sevindirici haldır ki, son aylar, xüsusilə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyə qlobal güc olmaq və milli hədəflərinə çatmaq istiqamətində daha ciddi uğurlar əldə etməyə başlayıb.

Bu kontekstdə, dünən, fevralın 27-də PKK terror təşkilatını yaradan və 1978-ci ildən ona rəhbərlik edən Abdullah Öcalanın terrorçuları silahları yerə qoymağa çağırması və bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı etdiyi müraciət çox əhəmiyyətli tarixi hadisədir.

Bu müraciət terror təşkilatlarının fəaliyətlərinin davam etməsinin “motivlərinin” və xarici ölkələrin onları dəstəkləmək üçün uydurduqları bütün bəhanələrin üstündən xətt çəkmiş oldu.

BMT Baş Katibi Qutterreşin, İraq Kürdüstan Regionunun rəhbəri Bərzaninin, hətta, PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD və YPG qruplaşmasının silahların yerə qoyulması və terrorun durdurulması ilə bağlı edilən təşəbbüsü dəstəkləməsi Türkiyənin terror bəlasından birdəfəlik qurtulması üçün tarixi imkan deməkdir.

Bu münasibətlə qardaş Türkiyə xalqını, dövlətini və silahlı qüvvələrini ürəkdən təbrik edirəm.

Türkiyənin bu prosesdən güclü və qalib çıxacağı artıq şübhə doğurmur.

Türkiyənin qələbəsi isə həm də Azərbaycanın gücü və qalibiyyəti olacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri