Türkiyənin bu şəhərində yaşayanlar daha çox qaz pulu verəcək SƏBƏB
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi təbii qazın ödənişi üçün mərhələli sistem tətbiq edir. Hər vilayət üçün fərqli istehlak səviyyələri müəyyən ediləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Yeni tənzimləmə hər vilayət üçün fərqli təbii qaz istehlak səviyyələrinin müəyyən edilməsini nəzərdə tutur. Bu modellə soyuq iqlimlərdə təbii qaz istehlakı yüksək olan əyalətlərə daha çox dəstək veriləcək, real istehlak qiymətləri isə isti bölgələrdə əks olunacaq.
Hakkari, Ərzurum, Ərdahan, Muş və Ağrı kimi vilayətlər bu tətbiqdən ən çox faydalanacaq yerlər arasındadır. Digər tərəfdən, Adana, Osmaniye, Mersin və Antalya kimi isti iqlimi olan bölgələrdə daha az dəstək veriləcək.
Energetika Nazirliyi ilin sonunadək təbii qazın mərhələli tarif sistemini tətbiq etməyi planlaşdırır. Bu sistem real ehtiyacı olanlara birbaşa dəstək vermək məqsədi daşıyır.
Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















