Icma.az
close
up
RU
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artıb

Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artıb

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

Türkiyə Statistika Təşkilatı (TÜİK) ilk dəfə üç aylıq dövrlər üçün hazırlanan rüblük əhali statistikasını açıqlayıb.

Banco.az xəbər verir ki, bu ilin birinci yarısına görə Türkiyənin əhalisi 85 milyon 824 min 854 nəfərə çatıb.

Əhalinin ümumi sayı əvvəlki rüblə müqayisədə 90 min 456 nəfər, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 243 min 588 nəfər artıb.

Ümumi əhalinin cinslərə görə tədqiqi məlum olur ki, kişilər qadınlardan daha çoxdur. Kişi əhali ümumi əhalinin 50,01 faizini təşkil edən 42 923 584 nəfər, qadınlar isə 42 901 270 nəfər olmaqla ümumi əhalinin 49,99 faizini təşkil edir.

15-24 yaş arasında hesab edilən gənclərin sayı iyun ayı üçün ümumilikdə 12.721.030 nəfər olaraq açıqlanıb. Gənclərin sayı 2024-cü ilin sonu ilə müqayisədə 42 156 nəfər, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 110 077 nəfər azalıb.

Son 10 il araşdırıldığında gənc əhalinin 178 664 nəfər azaldığı, 2021-ci ildən isə hər il azaldığı məlum olub. 4,5 ildə gənc əhali 250 286 nəfər azalıb.

İyun ayı etibarilə TÜİK 0-4 yaş arası uşaq əhalisini 4 milyon 945 min 831 nəfər olaraq açıqlayıb. Uşaq əhalisinin sayı 2024-cü ilin sonu ilə müqayisədə 136 min 555 nəfər, bir il əvvəlki ilə müqayisədə isə 277 min 384 nəfər azalıb.

2018-ci ildən 0-4 yaş qrupunda olan uşaq əhalisinin sayı azalmaqdadır. 2018-ci ildə ümumilikdə 6 milyon 484 min 986 nəfər olan uşaq sayı son 7 ildə 1 milyon 539 min 155 nəfər azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri