Türkiyənin ən böyük neft yatağında gündəlik hasilat 78 min barelə çatıb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Qabar dağı ərazisindəki ən böyük neft yatağında hasilatın həcmi sutkada 78 min barelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 7-də Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkələrdə məlumat verib.
Nazir qara qızılın yerli istehsalının artırılmasını ölkənin enerji asılılığının azaldılması istiqamətində böyük addım və “güclü Türkiyənin” açarı adlandırıb.
Bayraktar bildirib ki, hazırda Qabar dağı ərazisində 95 quyudan neft hasil edilir və hasilata 3 mindən çox mütəxəssis cəlb olunur.
Türkiyənin energetika naziri daha əvvəl Şırnak yatağında neft hasilatını gündə 100 min barelə çatdırmağı planlaşdırdığını açıqlamışdı.
O, eyni zamanda, Türkiyənin neftə ehtiyacını gündəlik 1 milyon barel səviyyəsində qiymətləndirir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 07 Mart 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















