Icma.az
close
up
RU
Türkiyənin ən məxfi sənədi yeniləndi “Qırmızı kitab”da nələr var?

Türkiyənin ən məxfi sənədi yeniləndi “Qırmızı kitab”da nələr var?

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Dövlətin “gizli konstitusiyası” adlandırılan və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Türkiyənin Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi ilə bağlı işlər başa çatıb.

Teleqraf.com xəbər verir ki, sənədin yenilənməsi ilə əlaqədar dekabrın əvvəlində Milli Təhlükəsizlik Şurasında məxfi toplantı keçirilib.

Ölkənin vitse-prezidenti Cevdet Yılmaz məsələ ilə bağlı açıqlama verib.

Türkiyə rəsmisi Milli Təhlükəsizlik Siyasəti Sənədinin kifayət qədər əhatəli olduğunu deyib:

“Milli Təhlükəsizlik Şurasının qərarı ilə bunu rəsmiləşdirəcəyik. Yəqin ki, sənəd Milli Təhlükəsizlik Şurasının növbəti toplantısında müzakirə edilərək rəsmiləşdiriləcək və qurumlarımızın görəcəyi işlərə istiqamət verəcək. Yeni Milli Təhlükəsizlik Siyasəti Sənədimizin 2025-ci ildə həyata keçirilməsini gözləyirik”.

Sənəd Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurası tərəfindən yenilənib.

Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi üçün bu ilin ilk aylarında nazirliklər və aidiyyəti qurumlardan rəylər istənilib. Bu çərçivədə alınan rəylər və məlumatlar əsasında sənəd dekabrın əvvəlində vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən toplantıda müzakirə edilib.

Təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu iclasın sonunda kitabın yenilənməsi işləri yekunlaşıb. Məsələnin Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının növbəti iclasında müzakirə ediləcəyi gözlənilir.

“Qırmızı kitab” dövlətin daxili və xarici təhlükə qavrayışlarını maddə-maddə ehtiva edən sənəddir. Təhdid dəyişikliklərinə uyğun olaraq, bəlli aralıqlarda yenilənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri