Türkiyənin ən ucqar kəndlərindən birinə Azərbaycandan 600 kitab hədiyyə edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 31 avqust, Günel Karatepe, AZƏRTAC
Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Türkiyənin Tokat vilayətinin Rəşadiye rayonunda açılan kitabxanaya 600 nəşr hədiyyə edilib. Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi, eləcə də türkiyəli yazıçı-ədəbiyyatşünas, rəssam Selvigül Şahinin vasitəçiliyi ilə hədiyyə olunan kitablar Reşadiyenin ən ucqar kəndlərindən olan Demircilidə oxuculara təqdim edilib.
AZƏRTAC xəbər verir ki, 30 Avqust - Zəfər Bayramı münasibətilə açılan, Demircili Bələdiyyəsinin nəzdində fəliyyət göstərəcək kitabxanaya hədiyyə edilən nəşrlər arasında Azərbaycan və ümumtürk ədəbiyyatı, mədəniyyəti, dili və tarixini əhatə edən nümunələr, eləcə də dünya ədəbiyyatı, bədii oxu materialları, riyazi biliklər və məntiqi zəkanı inkişaf etdirən kitablar yer alır.
Açılış mərasimində Demirçili Bələdiyyəsinin sədri Mustafa Şahin çıxış edərək bu kitabxananın rayonun mədəni-maarif həyatına önəmli töhfə verəcəyini bildirib. Çıxışında nəqliyyat vasitələrinin belə çətinliklə hərəkət etdiyi, yüksək dağlıq ərazidə yaşayan həmvətənləri üçün kitabxana qurmaq təşəbbüsünə yaxından kömək göstərənlərə minnətdarlığını bildirən Selvigül Şahin bu işdə böyük dəstəyi olan qardaş Azərbaycan ziyalılarına təşəkkürünü ifadə edib. Çıxışlarda bildirilib ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən hədiyyə edilən nəşrlər arasında "Azərbaycandan Analoduya axan türkcə", "Türkiyəni yoğuranlar", "Türk xalqları ədəbiyyatı" kimi kitabların olması özü də "Bir millət, iki dövlət" kəlamının bariz nümunəsidir və kitabxana otaqlarından biri Azərbaycana həsr edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 31 Avqust 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















