Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara, 24 may, AZƏRTAC
Ötən ilin aprel ayında Bakıda Anlaşma Memorandumu imzalanan “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinə getdikcə daha çox Avropa ölkəsi maraq göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yerli televiziya kanallarından birində bildirib.
Nazir Azərbaycandan Bolqarıstana gedən marşrut boyunca təmiz, “yaşıl” enerji axınının əhəmiyyətini qeyd edərək, bu layihəni “elektrik TANAP” adlandırıb.
“Azərbaycanda bərpaolunan enerji sayəsində istehsal olunan elektrik enerjisi Türkiyə vasitəsilə Avropaya tədarük ediləcək. Bu təşəbbüs çərçivəsində biz texniki-iqtisadi əsaslandırmanın (TİƏ) vacib mərhələsinə qədəm qoymuşuq. Ümid edirəm ki, tezliklə hökumətlərarası razılaşmaya nail ola biləcəyik”, - deyə nazir bildirib.
Daha sonra Alparslan Bayraktar Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qaz kəməri çəkmək planlarını açıqlayıb. Bildirib ki, 97 kilometrlik boru kəmərinin Türkiyənin Alanya əyalətinin sahillərindən adaya çəkilməsi planlaşdırılır.
“Texniki-iqtisadi əsaslandırmanın bu ilə qədər hazır olması gözlənilir, layihənin isə 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır”, - deyə A.Bayraktar əlavə edib.
Türkiyəli nazirin sözlərinə görə, yeni qaz kəməri iki vacib funksiyanı - Şimali Kipr Türk Cümhuriyyətinin mavi yanacaq ehtiyaclarının ödənilməsi və Şərqi Aralıq dənizində yataqların aşkar edildiyi halda, Türkiyə vasitəsilə Avropaya qazın ixrac edilməsini yerinə yetirəcək: “Yəni, bu boru kəmərini əks istiqamətdə də istifadə etmək mümkün olacaq”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:240
Bu xəbər 24 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















