Icma.az
close
up
RU
Türkiyənin enerji hədəfi: Tam müstəqillik və regional tərəfdaşlıq KONKRET

Türkiyənin enerji hədəfi: Tam müstəqillik və regional tərəfdaşlıq KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə bu gün qarşısına üç əsas strateji məqsəd qoyub: enerji müstəqilliyinin təmin olunması, müdafiə sənayesinin inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar haqqin.az-a müsahibəsində məlumat verib. Müsahibə Ərzincan Binali Yıldırım Universitetində keçirilən “Türkiyənin enerji və dağ-mədən sənayesi” konfransı çərçivəsində baş tutub.

KONKRET.az xəbər verir ki, nazir son 23 ildə Türkiyə iqtisadiyyatının 230 milyard dollardan 1,3 trilyon dollara qədər artdığını qeyd edib. Bu inkişaf enerji ehtiyaclarının da dəfələrlə artmasına səbəb olub. Bayraktar bildirib ki, Türkiyə hələ də xarici enerji resurslarından ciddi asılı vəziyyətdədir və bu, ölkənin iqtisadi sabitliyi üçün ciddi risk yaradır:

“Neft və qaz idxalı üçün çox yüksək məbləğlər ödəməyə məcburuq. Bu da tədiyyə balansında çatışmazlıq yaradır. Geosiyasi qeyri-sabitliklər birbaşa enerji təhlükəsizliyimizi təhdid edir. Məqsədimiz – enerji sahəsində tam müstəqilliyə nail olmaqdır”, – deyə nazir bildirib.

Bu çərçivədə Türkiyənin daxili enerji resurslarının mənimsənilməsinə önəm verdiyini vurğulayan Bayraktar, Şırnak vilayətində yerləşən və ölkənin ən böyük neft yatağı sayılan Qabar dağını misal çəkib. 30 ilə yaxın PKK-nın nəzarətində olmuş bu bölgə 2019-cu ildən etibarən neft hasilatı üçün fəal şəkildə istifadə olunur.

“Məqsədimiz Qara dənizdəki dərin su yatağı Sakaryadan tutmuş Qabar dağlarındakı neft qatlarına qədər bütün ölkə ərazisini əhatə etməkdir. Bu, müstəqilliyə aparan yoldur”, – deyə Bayraktar əlavə edib.

Nazir həmçinin beynəlxalq enerji layihələrində Azərbaycanın strateji tərəfdaş rolunu xüsusi vurğulayıb. Hazırda Türkiyənin dörd gəmisinin müxtəlif bölgələrdə karbohidrogen axtarışları apardığını, eyni zamanda Azərbaycan, İraq, Liviya və Nigerlə birgə layihələrin reallaşdırıldığını, Somalidə isə kəşfiyyatın tamamilə Türkiyə tərəfindən həyata keçirildiyini qeyd edib. Ankara həmçinin Türkmənistan qazının Avropaya Türkiyə üzərindən daşınması istiqamətində konkret addımlar atır.

Bayraktar ölkədə tikilməkdə olan ilk atom elektrik stansiyası – “Akkuyu” AES-in tam güclə fəaliyyətə başladıqdan sonra Türkiyənin elektrik enerjisi tələbatının 75%-ni qarşılayacağını bildirib. O, eyni zamanda dövlətin enerji xərclərinə verdiyi dəstəyi də vurğulayıb:

“Son üç ildə əhaliyə təbii qaz və elektrik enerjisi xərclərinə görə 1 trilyon lirə subsidiya ayırmışıq. Qaz borcunun hər 1000 lirəsindən 700-ü dövlət tərəfindən ödənilir. Elektrikdə isə xərclərin təxminən yarısını dövlət qarşılayır”, – deyə nazir bildirib.

Bayraktar xatırladıb ki, 2002-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəlməzdən öncə, ölkədə təbii qaz cəmi 5 vilayətdə mövcud idi. O dövrdə bütün ölkə üzrə qazlaşdırma vədi qeyri-real görünürdü. Lakin 23 il sonra qaz artıq ölkənin bütün 81 vilayətinə çatdırılıb. Nazir bu nailiyyəti dövlətin məqsədyönlü siyasətinin və müstəqillik yolunda ardıcıl addımların göstəricisi kimi dəyərləndirib.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 May 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri