Türkiyənin F 35 lərlə bağlı ümidi yenə puç olur
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO-nun Ankarada keçirilən sammiti ərəfəsi Türkiyəyə Amerika silah sistemləri, xüsusən də F-35 təyyarələrinin satılıb-satılmaması məsələsi yenidən gündəm olub.
İsrail baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail əleyhinə açıqlamalarından şikayət edərək, Türkiyəyə Amerika silah sistemlərini satmamasını istəyib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Trampa Türkiyənin hava qüvvələrini ABŞ silah sistemləri, xüsusən də F-35 qırıcıları ilə modernləşdirə biləcəyini bildirib.
Bundan bir həftə əvvəl isə ABŞ vitse-prezidenti J.D. Vens Pentaqonun Türkiyəyə F-35-ləri necə sata biləcəyini araşdırdığını bildirib. Hətta iddia edilirdi ki, NATO sammitində iştirak üçün Ankaraya səfəri çərçivəsində Tramp bu məsələyə “yaşıl işıq” yandıra bilər.
Politoloq Qabil Hüseynli Bakupost.az-a bildirib ki, Tramp F-35-ləri Türkiyəyə satmayacaq:
“Netanyahunun xarakterinə bələd olduğumdan, zənnimcə Tramp yəhudi lobbisinin təsiri altında İsrail baş nazirinin bu istəyini yerinə yetirəcək. Türkiyə bundan əvvəl F-35-in hazırlanmasında yaxından iştirak edib. Hətta bu məqsədlə prosesə 10 milyard dollardan çox vəsait də yatırıb. Amma buna rəğmən yenə də F-35-lər Türkiyəyə verilmədi. Əminəm ki, Donald Tramp Netanyahunun bu istəyini yerinə yetirərək, Türkiyəyə F-35-in satılmasına imkan verməyəcək. Tramp Türkiyə Prezidenti Ərdoğanla nə qədər yaxın olduğunu bəyan etsə də, yəhudi lobbisinin təsiri altında buna getməyə cəsarət etməyəcək. Netanyahu da məhz yəhudi lobbisinin dəstəyinə arxalanaraq, Tramp qarşısında belə bir tələblə çıxış edir”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 İyul 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















