Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 14 iyun, AZƏRTAC
Avropa Parlamenti (AP) Türkiyəyə qarşı yol verdiyi səhvləri etiraf etməli və düzəltməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş katibinin müavini, rəsmi nümayəndəsi Ömər Çelikin AP-nin Türkiyə ilə bağlı qalmaqallı hesabat layihəsinə cavab olaraq verdiyi açıqlamasında deyilir.
“AK Parti”nin nümayəndəsi Avropa Parlamenti məruzəçisinin nəticələrini “siyasi cəhətdən utanmalı” adlandırıb və Avropa dəyərlərinin təhrif edilməsinin yolverilməz olduğunu vurğulayıb.
“Heç kimin Avropa Parlamentinin adı arxasında gizlənərək Türkiyə hökumətinin üzvlərini təhqir etməyə və ya onlara hörmətsizlik etməyə hüququ yoxdur”, - deyə Ö.Çelik Avropa Parlamenti məruzəçisinin hərəkətlərinin arxasında duran dairələrin məqsədlərini hərtərəfli araşdırmağa çağırıb.
Türkiyəli siyasətçi qeyd edib ki, bir vaxtlar hörmətli “siyasət və insan haqları məktəbi” hesab edilən Avropa Parlamenti bu gün “müstəmləkə dövrü komissarlarının ritorikası”na yol verən şəxslərin “məqsədyönlü lobbiçiliyi” səbəbindən nüfuzunu itirir.
“AK Parti” baş katibinin müavini Türkiyə ilə bağlı əvvəlki AP hesabatlarını xatırlatıb, bildirib ki, həmin hesabatların müəllifləri də “həqiqəti əks etdirmək və Ankara ilə dialoq üçün qapı açmaq deyil, siyasi qrupları razı salmaq səyinə” əsaslanırdı.
Ö.Çelik əmin edib ki, Ankara Türkiyə Cümhuriyyətinin suveren hüquqlarına qarşı hörmətsizliyə dözməyəcək.
“Avropa Parlamenti üçün ən düzgün variant bu “siyasətçilər” kateqoriyasını “ibtidai demokratiya məktəbinə” qoymaq olardı”, - deyə Türkiyənin hakim partiyasının nümayəndəsi təklif edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 İyun 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















