Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ankara, 31 may, AZƏRTAC
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkənin hava limanlarında pulsuz içməli su məntəqələrini təqdim edib.
AZƏRTAC xəbər verir ki, hava limanlarında mayelərə qoyulan məhdudiyyətlər səbəbindən suya çıxış sərnişinlərin üzləşdiyi ən böyük çətinliklərdən biri olaraq qalır.
Bu problemi həll etmək üçün Türkiyənin 14 hava limanında su paylayıcılarının quraşdırılması başa çatıb. Daha 32 hava limanında paylayıcılar quraşdırılır və ya onlar sifariş edilib.
Bu xidmət, xüsusən də qeydiyyat zonalarında, sərnişinlər üçün “steril zonalarda”, gözləmə yerlərində, qarşılama və yola düşmə zallarında tətbiq olunur.
Tezliklə Türkiyənin 58 hava limanının hamısında, xüsusən də sərnişin axınının yüksək olduğu ərazilərdə pulsuz içməli su təmin ediləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:163
Bu xəbər 31 May 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















