Icma.az
close
up
RU
Türkiyənin hökumət üzvləri Kahramanmaraşda “Azərbaycan” məhəlləsinə baş çəkiblər

Türkiyənin hökumət üzvləri Kahramanmaraşda “Azərbaycan” məhəlləsinə baş çəkiblər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara,7 fevral, AZƏRTAC

2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə Türkiyə hökumətinin bir sıra üzvləri Kahramanmaraş şəhərində inşa olunan “Azərbaycan” məhəlləsinə baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, əmək və sosial müdafiə naziri Vedat Işıkhan, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən genişmiqyaslı yaşayış layihəsinin inşa işləri ilə tanış olublar.

Ziyarət başa çatdıqdan sonra Türkiyənin Nazirlər Kabinetinin üzvləri mətbuata açıqlama veriblər.

Əmək və sosial müdafiə naziri Vedat Işıkhan zəlzələ nəticəsində 53 mindən çox Türkiyə vətəndaşının həyatını itirdiyini, 107 mindən çox insanın isə yaralandığını xatırladaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Fəlakət qarşısında Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşdi və fəlakət zonasında yerləşən 11 əyalətə dəstək çağırışına qoşuldu”, – deyə Işıkhan vurğulayıb və dövlətin heç bir vətəndaşını çarəsiz buraxmayacağını qeyd edib.

O vurğulayıb ki, fəlakət zonasında aparılan işlər əyalət tam bərpa olana qədər davam edəcək.

Sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır isə öz növbəsində regionun sənaye infrastrukturuna dövlət tərəfindən dəstək göstərilməsinin cari ildə də davam edəcəyini bildirib. Onun sözlərinə görə, fəlakət zonasına daxil olan 65 rayonda investisiyalar təşviq edilir. Bundan başqa vergi güzəştləri və güzəştli kredit imkanları sayəsində bölgədə 1116 layihənin icrası üçün müraciətlər daxil olub və nəticədə 50 mindən çox yerli sakinin işlə təmin olunmasına şərait yaranıb.

Daha sonra çıxış edən kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bəyan edib ki, yaxın iki il ərzində zəlzələ bölgəsinin su təchizatı və meliorasiya sistemlərinə 46 milyard lirə vəsait sərf olunacaq. Bu, son iki illə müqayisədə iki dəfə çoxdur.

“Fəlakət zonası Türkiyənin strateji əhəmiyyətli kənd təsərrüfatı bölgəsidir və ölkəmizin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Türkiyədə istehsal olunan aqrar məhsulların 15 faizi, kənd təsərrüfatı ixracının isə 20 faizi zəlzələdən ziyan çəkmiş əyalətlərin payına düşü”, – deyə Yumaklı vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri