Türkiyənin istirahət zonalarında iki böyük yanğın Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Türkiyədə istirahət zonalarında eyni vaxtda iki böyük yanğın baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın ocaqları İstanbulun Böyükada adasında və Alanyada qeydə alınıb.
Belə ki, ötən axşam Böyükadada yerləşən “Viranbağı Plajı” çimərlik kompleksinin ərazisində yanğın baş verib. Güclü külək alovun sürətlə yaxınlıqdakı meşə massivlərinə yayılmasına səbəb olub.
Yanğının söndürülməsində həm fövqəladə xidmət briqadalarının yerüstü bölmələri, həm də aviasiyası iştirak edib. Yanğınsöndürənlər təhlükəli zonada olan insanları təxliyə ediblər. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Daha bir yanğın isə Alanyanın Güllərpınarı rayonunda yerləşən “Elysee Rive Hotel”də baş verib. Hoteldən yüzlərlə turist təxliyə edilib.
Yanğın lokallaşdırılıb və yayılmasının qarşısı alınıb. İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur.
Yanğının səbəbi hələlik müəyyən edilməyib. İstintaq aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 02 İyul 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















