Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.
Metbuat.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən, Kayseridə “Şuşa” Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, şəhərlər arasındakı əlaqələrin perspektivləri müzakirə olunub, həmçinin tarixi Şuşa şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri haqqında məlumat verilib.
Görüşdən sonra qonaqlar qədim Şuşa şəhərindəki dini, tarixi-memarlıq və mədəniyyət abidələrini ziyarət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















