Türkiyənin kurort sahillərində ekoloji fəlakət riski yaranıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Türkiyənin Alanya kurortu ərazisində suyun çirklənməsi kritik həddə çatıb. Bu, dəniz flora və faunasına təhlükə yaradır.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Alanya" nəşrinə Aralıq Dənizi Universitetinin dosenti Güray Doğan məlumat verib.
Doğanın sözlərinə görə, Alanya və Qazipaşa bölgəsinin sahil zonasında ekoloji tarazlığın pozulmasına yalnız turist yükü səbəb olmur. Eyni zamanda kənd təsərrüfatı tullantılarının axıdılması və dəniz suyunda mikrobların çoxalmasına gətirib çıxaran iqlim dəyişikliyi də bu problemin əsas səbəblərindəndir.
Doğan problemin həlli üçün təkcə ekoloqların əməyinin kifayət etmədiyini, turizm sənayesi və kənd təsərrüfatının birgə çalışmasının vacib olduğunu vurğulayıb. Onun fikrincə, təcili tədbirlər görülməsə, vəziyyət gələn ilin əvvəlində kritik həddə çata bilər.
Baxış sayı:60
Bu xəbər 21 Avqust 2025 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















