Türkiyənin Leonardo Dikaprio su sevgilisini ilk dəfə paylaşdı FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio" kimi tanınan məşhur aktyor Arda Kural uzun sürən səssizliyini 14 Fevralda pozub. Sağlamlıq problemlərindən sonra mediadan uzaq həyat sürən aktyor sevgilisini ilk dəfə sosial şəbəkədə paylaşaraq pərəstişkarlarını təəccübləndirib.
Milli.Az xəbər verir ki, uzun müddətdir şəxsi həyatını gizli saxlayan 45 yaşlı Arda Kural Sevgililər Günündə ilk dəfə sevgilisi ilə olan fotosunu izləyiciləri ilə bölüşərək münasibətini rəsmiləşdirib.
"Eyvah Kızım Büyüdü", "Lise Defteri" və "Emret Komutanım" kimi seriallarla ulduzu parlayan Arda Kural yaşadığı ciddi psixoloji sağlamlıq problemləri və müalicə prosesi səbəbindən karyerasına fasilə verməli olmuşdu. Müalicəsini uğurla tamamlayan aktyor indi daha sakit bir həyat tərzi keçirir.
Arda Kural uzun fasilədən sonra sonuncu dəfə TRT 1 ekranlarında yayımlanan, Doğu Demirkol və Ece Çeşmioğlu Ölmezin baş rollarda olduğu "Tutunamayanlar" serialında rol alıb.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 17 Fevral 2026 06:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















