Türkiyənin Milli Müdafiə naziri Elçin Quliyevi qəbul etdi
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə MN-nin "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, nazir Yaşar Gülər nazirliyə gələn general-polkovnik Elçin Quliyevi qarşılayaraq qardaş ölkənin komandanı ilə görüş keçirib.
![see](https://icma.az/template/assets/see.png)