Türkiyənin neft tankeri dron zərbəsinə məruz qaldı Partlayış oldu
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Qara dənizdə Türkiyəyə məxsus neft tankeri pilotsuz uçuş aparatı tərəfindən vurulub.
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Məlumata görə, Rusiyadan yola çıxaraq 140 min ton xam neft daşıyan ALTURA adlı tanker Bosfor boğazından təxminən 15 mil məsafədə dron zərbəsinə məruz qalıb.
Hadisə açıq dənizdə baş verib və güclü partlayışla müşayiət olunub. Partlayış nəticəsində gəminin kapitan körpüsündə ciddi zədələr yaranıb, mühərrik bölməsini isə su basdığı bildirilir.
Zərbədən sonra tanker kömək siqnalı verib. Hadisə yerinə sahil mühafizəsi, dəniz təhlükəsizliyi qüvvələri və fövqəladə hallara müdaxilə üçün nəzərdə tutulmuş “Nene Hatun” gəmisi cəlb olunub.
Hazırda xilasetmə işləri davam edir. Hadisənin rəsmi olaraq “hücum” olub-olmaması ilə bağlı hələlik səlahiyyətli qurumlar tərəfindən açıqlama verilməyib.
Bildirilir ki, ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Tankerdə olan 27 türkiyəli heyət üzvünün vəziyyəti yaxşı qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 26 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















