Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması... Deputat
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına ehtiyac olduğunu düşünmürəm.
Bakupost.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev medianın sualına cavab olaraq deyib.
“Biz Türkiyə ilə qonşuyuq, ehtiyac olsa, Türkiyə çox asanlıqla Azərbaycana yardım edə bilər. Amma belə təşəbbüslərlə çıxış etməmişdən öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı? Bu, tək bizdən asılı olan məsələ deyil. Rusiyanın etirazı Türkiyə - Rusiya münasibətlərinə ciddi ziyan vura bilər. Türkiyə buna hazırdırmı? Biz indi Türkiyə ilə daha çox iqtisadi baxımdan inteqrasiya olunmalı, malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi ümumi bazar yaratmağa çalışmalıyıq. Azərbaycan regionun inkişafı və təhlükəsizliyi üçün “3+3” formatında əməkdaşlığa və inteqrasiyaya ciddi stimul verməlidir”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 İyul 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















