Icma.az
close
up
RU
Türkiyənin partiya sədri: Zəngəzur dəhlizi dünya birliyi üçün xüsusi əhəmiyyətə malikdir

Türkiyənin partiya sədri: Zəngəzur dəhlizi dünya birliyi üçün xüsusi əhəmiyyətə malikdir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 20 avqust, AZƏRTAC

Zəngəzur dəhlizinin açılması Türkiyə, Türk dünyası və bütün dünya birliyi üçün xüsusi əhəmiyyət kəsb edir. İndiki mərhələdə ayrı-ayrı şirkətlər və ümumilikdə dövlətlərin gələcəkdə bu marşrutdan istifadə etmək istədikləri zaman seçici yanaşma ilə qarşılaşmaması üçün bu marşrutun işləmə mexanizminin bütün detallarının işlənib hazırlanması çox vacibdir.

Bu sözləri AZƏRTAC-ın müxbirinin sualını cavablandıran Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.

Siyasətçi özünə sual verib: “Bəs dəhlizi idarə edəcək şirkət nə vaxtsa hər hansı ölkədən gələn yükləri məhdudlaşdırmağa və ya tamamilə bloklamağa çalışsa necə olacaq?”. Desticinin fikrincə, məhz bu səbəbdən Bakı, Ankara və ya hər hansı digər tərəfin maraqlarının tam təmin edilməsi üçün Zəngəzur dəhlizinin iş rejimi ilə bağlı bütün detalları əvvəlcədən razılaşdırmaq vacibdir.

BBP rəhbəri ABŞ Prezidenti Donald Trampın administrasiyasının Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayıb. “Türkiyə və Azərbaycan iki müstəqil dövlət olsalar da, biz vahid xalqın parçasıyıq. Azərbaycanın sevinci bizim də qəlbimizdə əks-səda verir”, -deyə o vurğulayıb.

Eyni zamanda, Ermənistan və onun havadarları tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalı illərində törədilmiş cinayətləri unutmamağa çağıran Destici bildirib ki, cəmi bir neçə milyon əhalisi olan kiçik dövlət qonşu ölkənin bir hissəsini ələ keçirə bilməyəcək.

“Nəhayət, İrəvanın hazırkı rəhbərliyi qonşu dövlətlərə qarşı təxribat xarakterli addımlardan və aqressiv ritorikadan əl çəkərək Azərbaycan və Türkiyənin gücünü dərk edir. Bu, həmçinin 1915-ci il hadisələri, Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə bağlı hərəkətlərə aiddir”, - deyə siyasətçi bildirib. O, Cənubi Qafqazın gündəmində olan bütün məsələlərin regiondankənar aktorların iştirakı olmadan həll edilməsini ideal variant adlandırıb.

Ramil Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri