Icma.az
close
up
RU
Türkiyənin planı açıqlandı Suriya belə idarə olunacaq

Türkiyənin planı açıqlandı Suriya belə idarə olunacaq

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçid dövründən sonra Suriyanın yeni hökuməti ölkənin şimalında tətbiq edilən Türkiyə modeli əsasında təşkil oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti hökumət və hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadla yazır.

Nəşrə danışan rəsmilər deyirlər ki, yeni dövrdə Suriyada hökumət Türkiyənin dəstəklədiyi milli qüvvələrdə olacaq:

“Ankara şimalda yaradılmış təhlükəsiz zonanı idarə edən administrasiyasını hərbi və inzibati baxımdan hazırlayıb. Beş milyon insanın yaşadığı bölgə Türkiyənin təşəbbüsləri əsasında idarə olunur. İdarəetmə bələdiyyə xidmətlərindən orduya, polisə, təhsil müəssisələrinə və digər dövlət qurumlarına qədər formalaşdırılıb. İndi bu model Suriyada istifadə ediləcək”.

AKP-dəki mənbələr də qəzetə Suriyada iqtisadi-siyasi islahat planları barədə məlumat veriblər. Nəşrin məlumatına görə, hazırda Türkiyə ilə sıx əlaqələri olan 10 milyona yaxın suriyalı var, onlardan 5 milyonu təhlükəsiz zonada yaşayır, 1.5 milyonu Türkiyə vasitəsilə Avropaya keçib, 3 milyonu isə Türkiyə ərazisindədir. Onların ən azı 5 milyonu türkcə danışır ki, bunun da Türkiyə üçün əhəmiyyətli bir rəqəm olduğu qeyd edilir.

Türkiyə mənbələrinə görə, Ankara Suriyada bütün baxışların təmsil olunacağı bir quruluş və bütün seqmentlərin yüksək səviyyədə təmsil olunacağı bir sistem yaratmaq istəyir.

Prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyada keçid hökuməti qurulub. Müvəqqəti hökumətin Baş naziri Məhəmməd əl-Bəşir təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 12 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri