Icma.az
close
up
RU
Türkiyənin pley offda mümkün rəqibləri bəlli oldu Fatih Terim təhlükəsi

Türkiyənin pley offda mümkün rəqibləri bəlli oldu Fatih Terim təhlükəsi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsi başa çatdı. Qrupu 2-ci pillədə başa vuranları, eləcə də Millətlər Liqasındakı qrup liderlərini pley-off matçları gözləyir.
"Football-plus.az" xəbər verir ki, 16 komanda 4 səbətə bölünüb və noyabrın 20-də İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçiriləcək.
Bizi belə desək, 4 ayrı-ayrı "final four" gözləyir. 16 komanda 4 ayrı qrupa bölünəcək. Bu qruplarda 1-ci səbətdəki komandalar 4-cü, 2-ci səbətdəki komandalar isə 3-cü səbətdəkilər ilə qarşılaşacaq. Gələn il martın 26-da yarımfinallar, martın 31-də finallar keçiriləcək. Həm yarımfinal, həm də finalda qalib bir oyunla müəyyənləşəcək. Qaliblər DÇ-yə vəsiqə qazanacaq. Yarımfinallarda "səpələnmişlər", yəni 1 və 2-ci torbada olan komandalar evdə oynayacaq.
Türkiyə 1-ci səbətdə yer aldığına görə yarımfinal matçını doğma azarkeşləri önündə keçirəcək. Final matçının ev sahibi isə püşkatmadan sonra bilinəcək. Qeyd edək ki, Türkiyə İtaliya, Ukrayna və Danimarka ilə birgə 1-ci səbətdə yer alır. Yəni ''ay-ulduzlular''ın bu rəqiblərlə qarşılaşmayacağı dəqiqdi. 4-cü səbətdə isə İsveç, Rumıniya, Şimali Makedoniya və Şimali İrlandiya yer alır. Yəni Türkiyənin yarımfinaldakı rəqibi bu 4 komandadan biri olacaq. 2 və 3-cü səbətlərdə, yəni finalda Türkiyə ilə qarşılaşmaq ehtimalı olan komandalar isə bunlardı: Uels, Polşa, Çexiya, Slovakiya, Albaniya, İrlandiya, Kosovo, Bosniya və Hersoqovina.
Maraqlıdı ki, Çexiya yığmasının "sükanı arxasına" keçməyə əsas namizədlərdən biri Fatih Terimdi. Bu təyinat baş tutsa, Terimin finalda Türkiyəyə rəqib olmaq ehtimalı yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Noyabr 2025 06:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri