Icma.az
close
up
RU
Türkiyənin Qəzzadakı hərbi missiyası bəlli oldu

Türkiyənin Qəzzadakı hərbi missiyası bəlli oldu

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Qəzzada Həmas və İsrail arasında atəşkəsə nəzarət edəcək beynəlxalq işçi qrupunda fəal rol oynayacaq. 

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, türk hərbçilərinin daxil olacağı bu struktur müxtəlif ölkələrin iştirakı ilə formalaşacaq və Türkiyə humanitar yardım, itkilərin qiymətləndirilməsi, atəşkəs rejiminin monitorinqinə cavabdeh olacaq.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb. Buna uyğun olaraq İsrail ordusunun geri çəkildiyi bölgələrdə ilk 72 saat ərzində hava nəzarəti dayandırılacaq. Həmçinin əsirlərin azadlığa buraxılmasının heç bir mərasim və ya mediada işıqlandırılmadan həyata keçiriləcəyi və prosesə ABŞ, Qətər, Misir və Türkiyədən ibarət birgə komitənin nəzarət edəcəyi açıqlanıb.

Türkiyə HƏMAS və İsrail arasında atəşkəsə sahədə nəzarət edəcək beynəlxalq işçi qrupunda fəal rol oynayacaq. Bu addım Türkiyənin 105 ildən sonra Fələstinə qayıtması və yeni bir səhifə açması olaraq xarakterizə edilir. 

ABŞ, Qətər, Misir və Türkiyənin iştirakı ilə formalaşacaq strukturun təfərrüatları dəqiqləşməyə başlayır və bu prosesdə humanitar yardım, itkilərin qiymətləndirilməsi və atəşkəs monitorinqinin Türkiyə tərəfindən həyata keçiriləcəyi bildirilib. Bildirilir ki,  atəşkəs prosesi üç mərhələli plan çərçivəsində həyata keçiriləcək. Türkiyənin də daxil olacağı bu struktura müəyyən qədər hərbi personal da cəlb edilsə də, ilk növbədə mülki şəxslərdən ibarət olacaq.

Qəzzada atəşkəsdən sonra yaradılacaq işçi qrupuna Türkiyə, Qətər və Misir rəhbərlik edəcək. Planın birinci mərhələsi olan humanitar komponentə yardım dəhlizlərinin açılması, Qəzzaya yardımın çatdırılması, infrastrukturun təmiri, dağıntıların çıxarılması və itkin cəsədlərin axtarışı daxildir. Siyasi mərhələdə “Qəzza Beynəlxalq Keçid Təşkilatı” (GITA) adlı yeni inzibati mexanizmin yaradılması gündəmdədir. ABŞ-nin Britaniyanın keçmiş baş naziri Toni Bleyri bu strukturun başına təyin etmək istədiyi iddia edilsə də, Türkiyənin bu ad və strukturla bağlı ehtiyatlı davrandığı və təklif edilən alternativ siyasi model üzərində işlədiyi bildirilir.

Planın son mərhələsində hərbi nəzarətə üstünlük verilir. Bu çərçivədə potensial təhlükəsizlik təşəbbüsü halında Birləşmiş Millətlər Təşkilatı (BMT) və ya NATO daxilində addımların atılması planlaşdırılır. Türkiyənin hər üç mərhələdə iştirak etdiyi, xüsusən də mülki koordinasiya və hərbi nəzarət proseslərində aktiv rol aldığı bildirilir. Türkiyənin BMT-nin əvvəlki sülhməramlı əməliyyatlarındakı təcrübəsi bu yeni işçi qrupu üçün əsas istinad kimi göstərilir.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri