Icma.az
close
up
RU
Türkiyənin sabiq xarici işlər naziri ATƏTin yeni baş katibi oldu

Türkiyənin sabiq xarici işlər naziri ATƏTin yeni baş katibi oldu

Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib”, - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

seeBaxış sayı:67
embedMənbə:https://teleqraf.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri